Media
Azərbaycan Notariat Palatası Mətbuat xidməti üzrə mütəxəssis və məsləhətçi vəzifələrinə vakansiya elan edir.
Azərbaycan Notariat Palatası notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Palata Azərbaycan Respublikasında xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirir. Palatanın fəaliyyəti barədə www.aznotary.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:
- Mətbuat xidmətinin işini təşkil etmək;
- Press-relizlər, xəbərlər və məqalələr yazmaq;
- PR kampaniyalarının keçirilməsi ilə əlaqədar KİV-in monitorinqinin nəticələri haqqında Palatanın rəhbərliyinə məlumat vermək;
- Palata tərəfindən keçirilən tədbirlərin (mətbuat konfransları, təqdimatlar, xeyriyyə aksiyaları, təlimlər və s.) təşkilində iştirak etmək;
- Palata daxili PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək;
- Palatanın ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
- KİV ilə işgüzar əlaqələr aparmaq;
- Palatanın və notariusların fəaliyyətinə dair mütəmadi olaraq Palatanın rəsmi web səhifəsində xəbərləri yerləşdirmək, yeniləmək, o cümlədən beynəlxaq aləmdə notariat sahəsi üzrə baş vermiş mühüm hadisələrə dair xəbərləri saytda yerləşdirmək.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 09:00 - 18:00
- İş günü: Bazar ertəsi- Cümə
Namizəd üçün tələblər:
- Ali təhsil
- Mətbuat xidməti sahəsində iş təcrübəsi
- Ən azı bir xarici dil biliyi (ən azı iki xarici dil biliyi olan namizədlərə üstünlük veriləcəkdir)
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək bacarığı
Şəxsi keyfiyyətlər:
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Məlumatlandırıcı qeydlər:
- CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya ilə maraqlanan namizədlərdən CV lərini vakansiya@aznotary.az -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mətbuat xidməti ” qeyd etmələri xahiş olunur.
Digər Xəbərlər
Azərbaycan notariatında rəqəmsal yeniliklər beynəlxalq maraq doğurur
Səmərqənddə beynəlxalq konfrans keçirilib
Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyası və Özbəkistan Notariat Palatasının birgə təşkilatçılığı ilə Səmərqənddə beynəlxalq konfrans keçirilib.
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 30.09.2023-cü il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə oktyabr ayının 16-dan etibarən müsahibənin keçirilməsinə başlanılacaqdır.