Notary activities banner

Media

Xəbərlər

06.11.2022

8 noyabr – Zəfər Günü

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etmək üçün 27 sentyabr 2020-ci il tarixdə əsgər və zabitlərimizin canı-qanı bahasına başladığı zəfər yürüşünü Ermənistan tərəfindən 30 il ərzində qurulan nəhəng istehkamları yarıb, düşmənin silahlı qüvvələrini darmadağın edib addım-addım zəfərə doğru irəliləyib şanlı qələbə qazanaraq tamamladı.

Daha ətraflı

Avropa Şurasının Bakı nümayəndəliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə Ədliyyə Akademiyasında təşkil edilən seminarda “Maliyyə cinayətləri, çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi və ona qarşı mübarizə”, “Notariuslar aspektindən müəyyən edilmiş qeyri-maliyyə təsisatları və peşələrinə nəzarət”, “Notariuslar üçün cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin miqyası”, “Risk, risklərdən xəbərdar olma və risk əsaslı yanaşma: Azərbaycanda notariuslar üçün təhlükələr və risklər – Çrkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin təşkili” və “Mürəkkəb, qeyri-adi davranışlar – Həyəcan siqnalları və şübhəli əməliyyatlar haqqında hesabatlar” mövzularında məruzələr dinlənilmiş və müzakirələr aparılmışdır.

31.10.2022 və 01.11.2022-ci il tarixlərdə Avropa İttifaqı və Avropa Şurasının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq Proqramı II platformasında notariuslar üçün “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin və aktivlərin bərpası sahəsində fəaliyyətin gücləndirilməsi” Layihəsi üzrə “Çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi riskləri” mövzusunda seminar keçirilmişdir.

02.11.2022

Müstəqilliyin Bərpası Günü

18.10.2022

Notariusların peşə biliklərinin artırılması üçün aktual mövzuların müzakirəsi, notariusların fəaliyyətinin əlaqələndirilməsi və həmkarlararası ünsiyyətin artırılması məqsədilə təşkil edilmiş seminarda “Vərəsəlik işlərinin aparılmasının aktual məsələləri”, “Elektron sənədləşmə və “Elektron notariat” informasiya sistemindən istifadə” və “Çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində notariusun fəaliyyəti” mövzuları üzrə çıxışlar dinlənilmiş, notariusları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Çıxış və müzakirələrdə notariat fəaliyyətində seminarın mövzularını əhatə edən məsələlərdə hüququn dürüst tətbiqi və vahid yanaşmanın zəruriliyi vurğulanmışdır.

15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.

15.10.2022

Simpoziumda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən dəvət olunmuş ictimai həyatın müxtəlif sahələrinin təmsilçiləri iştirak etmişlər.

9-12 oktyabr 2022-ci il tarixlərində Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının və Türkiyənin Erzincan Universitetinin birgə təşkilatçılığı ilə Beynəlxalq Türk Dünyası Simpoziumu keçirilmişdir.

12.10.2022

2020-ci ildə Azərbaycanın Ədliyyə Nazirliyi “Mobil Notariat” tətbiqini istifadəyə verdi. Ölkənin notarial fəaliyyətində “online” sıçrayış olan bu tətbiq bu gün dövlət orqanlarında istifadə edilən ən populyar mobil tətbiqlərdən biridir.

Rahatlıq, təhlükəsizlik və sürət: “Mobil Notariat” tətbiqi haqqında bilməli olduğunuz hər şey

05.10.2022

Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik

27.09.2022