Notary activities banner

Media

News

14.10.2023

Səmərqənddə beynəlxalq konfrans keçirilib

Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyası və Özbəkistan Notariat Palatasının birgə təşkilatçılığı ilə Səmərqənddə beynəlxalq konfrans keçirilib.

Show more

Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 30.09.2023-cü il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə oktyabr ayının 16-dan etibarən müsahibənin keçirilməsinə başlanılacaqdır.

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə

07.10.2023

05 oktyabr 2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara şəhərində Türk Dünyası Notariuslar Birliyinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Ankara şəhərində Türk Dünyası Notariuslar Birliyinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

06.10.2023

Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki,bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə sentyabr ayının 30-da Dövlət İmtahan Mərkəzi ilə birgə növbəti test imtahanı keçirilib.

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilmişdir

30.09.2023

23 sentyabr 2023-cü il tarixdə Azərbaycan Notariat Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şəki rayonunda yerləşən “Marxal Resort and Spa” kompleksinin konfrans zalında “Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar keçirilmişdir.

“Notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar

25.09.2023

Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar çərçivəsində notariat xidmətinin fəaliyyəti müasirləşdirilir, notarius korpusu şəffaf prosedurlar əsasında komplektləşdirilir, xüsusi notariat institutu geniş tətbiq olunur. Notariat xidmətlərinin innovativ həllər əsasında göstərilməsində Azərbaycan “Elektron notariat” informasiya sistemini tətbiq edən ilk dövlətlərdəndir.

Beynəlxalq Notariat İttifaqı ilə əlaqələr genişlənir

07.09.2023

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə sentyabr ayının 30-da saat 11:00-da Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.

Müsabiqədə iştirak edən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

28.08.2023