Media

Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilmişdir

27 noyabr 2021-ci il tarixdə Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurasının iclası keçirilmişdir.

 

Azərbaycan Notariat Palatasının Elmi-Metodiki Şurası – notariat fəaliyyətinin elmi-metodiki baxımdan tənzimlənməsinin səmərəliliyinin artırılmasına yardım etmək məqsədilə Palatanın tərkibində yaradılmış məşvərətçi qurumdur.

 

Elmi-Metodiki Şuranın fəaliyyət istiqamətlərinə - notariat fəaliyyətini, həmçinin beynəlxalq notariat təcrübəsini öyrənmək və təhlil etmək; notariat fəaliyyəti ilə bağlı mövzularda elmi araşdırmalar aparmaq; notariat hərəkətlərinin aparılması təcrübəsinin ümumiləşdirilməsində iştirak etmək; notariat fəaliyyəti və hüququn tətbiqi məsələlərinə dair hüquqi ekspertizalar keçirmək və ekspert rəyləri hazırlanılmasında iştirak etmək; notariat fəaliyyətini tənzimləyən qanunvericiliyə dair təkliflər hazırlamaq və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün digər zəruri işləri görmək daxildir.

 

Şuranın tərkibi Notariat Palatasının rəhbərliyi və notariusların təmsilçilərindən, Ədliyyə nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin notariat fəaliyyəti üzrə metodiki tövsiyyələrin hazırlanmasında iştirak edən təmsilçilərindən, Ali Məhkəmənin hakimlərindən, Bakı Dövlət Universiteti və Ədliyyə Akademiyasının mülki hüquq üzrə ixtisaslaşmış müəllimlərindən ibarət tərkibdə formalaşdırılmışdır.

 

İclasda Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Hüseyn Məmmədov, Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədr müavini, Bakı şəhəri 1 saylı notariat ofisinin notariusu Famil Sabitov, Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu Kənan Rəhmanov, Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçiləri Mirağa Abbasov və Vidadı Mayıl, Ali Məhkəmənin hakimləri İlqar Xələfov və Abiddin Hüseynov, Azərbaycan Notariat Palatasının hüquq məsləhətçisi Qorqud Abdinli iştirak etmişlər. Elmi-Metodiki Şuranın sədri vəzifəsinə Hüseyn Məmmədov, sədr müavini vəzifəsinə Kənan Rəhmanov,  Şuranın katibi vəzifəsinə isə Qorqud Abdinli seçilmişdir.

 

Elmi-Metodiki Şuranın iclasında Şuranın Əsasnaməsinə təkliflər dinlənilmiş; son dövrdə hüquq nəzəriyyəsi üzrə aktual əhəmiyyət kəsb edən “Rəqəmsal hüquqlar” mövzusu və mülki qanunvericilikdə rəqəmsal hüquqların anlayışı, tətbiq dairəsi və mülki-hüquq münasibətlərində tənzimlənməsi məsələsi müzakirə edilmiş, bu istiqamətdə işlərə başlanılması üçün, ilkin olaraq, mövcud vəziyyətin təhlili, beynəlxalq qanunvericiliyin və təcrübənin öyrənilməsinin zəruriliyi qərara alınmış; notariat fəaliyyəti üzrə çıxarılan məhkəmə qərarlarının ümumiləşdirilməsinin və qərarların icrası zamanı yaranan sualların aydınlaşdırılmasının zəruriliyi bildirilmiş; həmçinin, notariat fəaliyyəti ilə bağlı məhkəmə işlərində aidiyyət məsələsi müzakirə edilmişdir.

 

Qarşıda duran məsələlər üzrə əlavə olaraq aydınlaşdırılması zəruri olan halların araşdırılması və qərara alınan məsələlərin yerinə yetirilməsi üçün müvafiq araşdırmaların və təhlillərin aparılması, mütəxəssislərin cəlb edilməsi də qərara alınmışdır.

 

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025