Media

Ədliyyə işçilərinin peşə bayramına həsr olunan ictimai təqdimat keçirilib

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi təmin olunaraq bütün sahələrdə mühüm nailiyyətlər qazanılır. Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xidmət sektorunun inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər, cümlədən “ASAN xidmət”, DOST mərkəzləri, Daşınmaz Əmlakın Məkanı kimi xidmət yerləri vətəndaşların dövlət orqanlarına əlçatanlığının artırılması, bu sahədə şəffaflığın təmin edilməsi, eyni zamanda, xidmətlərdən vahid məkandan yararlanması üçün geniş imkanlar yaradıb.


Azərbaycan ədliyyəsi də ölkəmizin hərtərəfli tərəqqisinə uyğun müasirləşir, əhaliyə yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsi, vətəndaş məmnunluğunun artırılması, bu məqsədlə elektron ədliyyə xidmətlərinin genişləndirilməsi, smart konsepsiyalar əsasında idarəetmənin optimallaşdırılması ədliyyənin inkişaf strategiyasının prioritetlərinə çevrilib.


Bu strategiyaya uyğun olaraq Ədliyyə Nazirliyi 2022-ci ildə müasir rəqəmsal innovasiyaların tətbiqinə imza atıb.


AZƏRTAC xəbər verir ki, 22 noyabr - ədliyyə işçilərinin peşə bayramına həsr olunan tədbirdə ədliyyə sahəsində tətbiq olunan növbəti innovativ xidmətlər ictimaiyyətə təqdim olunub...

Ətraflı: justice.gov.az