Media
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə
Azərbaycan Notariat Palatasının üzvlərinə
BİLDİRİŞ
Hörmətli həmkarlar!
Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 08 avqust 2023-cü il tarixə təyin edilmişdir.
Ümumi yığıncaq Zoom platforması üzərindən videokonfrans formatında keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə “Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən qoşulması nəzərdə tutulur Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:40-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.
Ümumi yığıncağın gündəliyinin layihəsi:
- İdarə Heyəti sədrinin ümumi illik hesabatı;
- Təftiş Komissiyasının illik maliyyə hesabatı;
- Müşahidə Şurası sədrinin çıxışı;
- Dəvət olunan şəxs qismində AR Ədliyyə Naziriliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasovun çıxışı;
- Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi;
- İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi;
- Nümuməvi fəaliyyət göstərmiş notariusların təltif edilməsi.
Nizamnaməyə əlavə və dəyişiklilərin layihəsi qoşma faylda əlavə olunur.
Ümumi yığıncağın keçirilməsi barədə həmçinin, Azərbaycan Notariat Palatasının www.aznotary.az internet saytında da elan yerləşdirilmişdir.
Xatırladırıq ki, Azərbaycan Notariat Palatasının Nizamnaməsinin 7-ci bəndinə əsasən, notarius ümumi yığıncaqda iştirak edə bilməməsinin səbəbi haqqında İdarə heyətinə əsaslandırılmış yazılı məlumat verməlidir.
Bu bildirişin alınması barədə Azərbaycan Notariat Palatasının umumiyigincag@aznotary.az elektron ünvanına bildirməyiniz zəruridir.
Əlaqə telefonları: (012) 4881071, (077) 4481071
Azərbaycan Notariat Palatasının İdarə heyəti
Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə
Azərbaycan Notariat Palatasının üzvlərinə BİLDİRİŞ
Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 06 sentyabr 2022-ci il tarixə təyin edilmişdir.
Azərbaycan Notariat Palatasının üzvlərinə
Azərbaycan Notariat Palatasının üzvlərinə