Media

Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə

                       Azərbaycan Notariat Palatasının üzvlərinə

                                                  BİLDİRİŞ

         Hörmətli həmkarlar!

        Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağının keçirilməsi 16 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. 

       Notariusların iş rejimi nəzərə alınmaqla və əhaliyə göstərilən notariat xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə Ümumi yığıncaq videoformatda onlayn qaydada keçiriləcəkdir. Palata üzvlərinin tədbirə “Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur. Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:40-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.     

          Ümumi yığıncağın gündəliyinin layihəsi:

Müşahidə Şurası üzvünün və sədrinin seçilməsi.

          Əlaqə telefonları: (012) 4881071, (077) 4481071

          Azərbaycan Notariat Palatasının İdarə heyəti

    09.09.2024