Media

Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə

Hörmətli həmkarlar!

Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 14 sentyabr 2020-ci il tarixə təyin edilir.

Koronavirus (COVID-19) pandemiyasına görə tətbiq olunan xüsusi rejim qaydaları ilə əlaqədar Ümumi yığıncaq videoformatda keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur (“Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:30-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.

Ümumi yığıncağın gündəliyinin layihəsi Palata üzvlərinin elektron ünvanına göndərilən Bildirişə əlavə olunur.

 

Əlaqə telefonları: (012) 4881071, (077) 4481071



 

Azərbaycan Notariat Palatasının İdarə heyəti