Media

26 iyun – Silahlı Qüvvələr günü

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

 

Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun hərbi quruculuq ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və ciddi səyləri ilə Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

 

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

 

Bu gün Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi gücü darmadağın edərək, böyük zəfərə imza atdı. Ordumuzun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

 

44 günlük Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazanılan qələbə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Bu Qələbə Ali Baş Komandanın əzmi və iradəsi, xalqla dövlətin sarsılmaz birliyi hesabına əldə edildi.

 

Azərbaycanımızın dünyanın inkişaf etmiş və qüdrətli dövlətləri sırasında olması yolunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizə və qəhrəman xalqmıza daimi uğurlar arzulayırıq. Yaşasın, Ali Baş Komandan cənab İlham Əliyev! Yaşasın müzəffər Ordumuz! Yaşasın, Azərbaycan xalqı!

 

Silahlı Qüvvələr günümüz mübarək!