Media
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə
15.07.2021
Hörmətli həmkarlar!
Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 29 iyul 2021-ci il tarixə təyin edilmişdir.
Koronavirus (COVID-19) pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə və tibbi-sanitar qaydalarla əlaqədar Ümumi yığıncaq videoformatda keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur (“Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:30-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.
Ümumi yığıncağın gündəliyinin layihəsi:
- İdarə Heyəti sədrinin ümumi illik hesabatı.
- Təftiş Komissiyasının illik maliyyə hesabatı.
- Müşahidə Şurası sədrinin çıxışı.
- Dəvət olunan şəxs qismində AR Ədliyyə Naziriliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi cənab M.Soltanovun çıxışı.
- İdarə heyətinə və Təftiş Komissiyasına üzvlərin seçilməsi.
- Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
Əlaqə telefonları: (012) 4881071, (077) 4481071
Azərbaycan Notariat Palatasının İdarə heyəti