Media

Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə

Hörmətli həmkarlar!

Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 29 iyul 2021-ci il tarixə təyin edilmişdir.

 

Koronavirus (COVID-19) pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər və tibbi-sanitar qaydalarla əlaqədar Ümumi yığıncaq videoformatda keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur (“Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:30-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.    

 

Ümumi yığıncağın gündəliyinin layihəsi:

 

  1. İdarə Heyəti sədrinin ümumi illik hesabatı.
  2. Təftiş Komissiyasının illik maliyyə hesabatı.
  3. Müşahidə Şurası sədrinin çıxışı.
  4. Dəvət olunan şəxs qismində AR Ədliyyə Naziriliyi Qeydiyyat və notariat baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi cənab M.Soltanovun çıxışı.
  5. İdarə heyətinə və Təftiş Komissiyasına üzvlərin seçilməsi.
  6. Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.       

       

Əlaqə telefonları: (012) 4881071, (077) 4481071

Azərbaycan Notariat Palatasının İdarə heyəti