Notariat hərəkətlərinə görə dövlət rüsumu və xidmət haqlarının dərəcələri
Dövlət rüsumu - dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və “Notariat haqqında” Qanunun 29-cu maddələrinə əsasən notariat ofisləri və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına və göstərilən xidmətə görə haqq ödənilir və bununla bağlı notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı aşağıda göstərilən cədvəl əsasında icra edilir.
Notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı cədvəli