Müdrik kəlamlar
"Qanunilik və ədalətlilik eyni şeylərdir."
Sokrat
"Ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər."
Konfutsi
"Xalq qanunları, öz qalası kimi, qoruyucu divarı kimi müdafiə etməlidir."
Heraklit
"Qanunları bilmək, sözləri deyil, məzmununu və mənasını dərk etməkdir."
Yustinian
"Ağıl təkcə bilikdə deyil, həm də bilikləri təcrübədə tətbiq etmək bacarığından ibarətdir."
Aristotel
"Ədalətli insan haqsızlıq etməyən deyil, ədalətsiz olmaq imkanı olduğu halda, ədalətsiz olmaq istəməyən biridir."
Menander
"Ədalət dəyərli insanların sahib olduqları ən şərəfli tacdır."
Mark Tulli Siseron
"Kainatın ruhu həqiqətdir."
İbn Sina
"Ədalət mülkündən kim üz çevirsə, Ona aqil deməz ağıllı kimsə."
Nizami Gəncəvi
"Heç səhv etməyən insan, heç bir şey etməyən insandır".
Yunus Əmrə
"Hər cür dəqiqliyin anası olan təcrübədən doğulmayan bilik barsız-bəhərsiz və səhvlərlə dolu olur."
Leonardo da Vinci
"Qanunun mahiyyəti insansevərlikdir"
Vilyam Şekspir
"Əgər kimsə bütün qanunları öyrənmək istəsə, o zaman onları pozmağa vaxtı olmayacaq."
Höte
“Gücün kimin tərəfində olması vacib deyil; vacib olan haqqın kimin tərəfində olmasıdır. “
V.Hüqo
"Vicdan – insanların həyatının doğru yol göstəricisidir."
Lev Tolstoy
"Ədalətli bir şəkildə həll olunana qədər heç bir şey tamamilə həll edilmir."
Abraham Linkoln
"Kitablar yaşlı insanların ən yaxşı yoldaşı, cavanların isə ən yaxşı yolgöstərənidir."
Samuel Smiles
"Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən əmələ gələ bilər."
Anatole France
"Buraxın ədalət yerini tapsın, istərsə qiyamət qopsun."
Ziqmund Freyd