
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

Bu gün Azərbaycan Respublikasının taleyini dəyişən əlamətdar gün - 15 İyun Milli Qurtuluş Günüdur.

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə!

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslər üçün may ayının 24-də növbəti test imtahanı keçirilmişdir
Tez – tez verilən suallar
Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Etibarnamə istənilən (nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o, verildiyi gündən bir il ərzində qüvvəsini saxlayır. Verildiyi tarix göstərilməyən etibarnamə etibarsızdır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsi ilə tərtibinə yol verilmir.
Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir.
Notariat ofisini axtar
Ölkə üzrə sizə ən yaxın notariat ofislərini buradan müəyyən edə bilərsiniz
Xəritədə bax