Media
Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib
Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib
2-4 oktyabr tarixlərdə Almaniyanın Berlin şəhərində latın tipli (kontinental hüquq sistemli) ölkələrin notariat qurumlarını birləşdirən Beynəlxalq Notariat İttifaqının 31-ci Konqresi keçirilib.
Tədbirdə Azərbaycan Notariat Palatasını İdarə heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu Hüseyn Məmmədov, Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu Azər Hacıyev və 5 saylı “ASAN xidmət” mərkəzinin notariusu Nərmin Gülməmmədova təmsil ediblər.
Konqresdə Beynəlxalq Notariat İttifaqının hazırki dövrdə latın notariatının fəaliyyət istiqamətlərini əhatə edən aktual məsələləri – notariat peşəsinin inkişaf yolu, yeni alətlər və texnologiyalar, yeni vəzifələr, gələcək rəqəmsal həyatda notariusun rolu, mübahisəsiz icraatlar, notariat və ictimai həyat və kontinental hüququn dəyərləri mövzuları ilə bağlı çıxışlar və təqdimatlar edilib, diskussiyalar aparılıb.
İttifaqın idarəetmə orqanlarına səlahiyyət müddətləri ilə bağlı yeni üzvlərin seçkisi keçirilərək, Beynəlxalq Notariat İttifaqının yeni sədri vəzifəsinə Meksikadan olan notarius David Figueroa Marquez seçilib. Həmçinin Qırğızıstan və Burundi notariat palataları İttifaqa üzv qəbul olunublar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Beynəlxalq Notariat İttifaqının səlahiyyətli şəxsləri, həmçinin bir sıra xarici ölkələrin notariat qurumlarının təmsilçiləri ilə görüşlər keçirərək, əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparıblar.






Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.