Sənədlərin QR kod vasitəsilə yoxlanılması

Notariat sənədinin həqiqiliyinin QR-kod vasitəsilə yoxlanılması

 

Notariat qaydasında təsdiq olunmuş sənədlərin həqiqiliyi “QR-kod” vasitəsi ilə yoxlanıla bilər. Bunun üçün mobil telefon və ya digər mobil cihazda “QR-kod” skaneri yüklənməli və ondan istifadə edərək notariat sənədinin üzərində yerləşdirilmiş müvafiq işarə skan olunmalıdır. Proqram təminatı həmin sənədin orijinal mətninin təsvirini mobil cihaza yükləyəcəkdir.

Mobil cihaza “QR” kod skaneri yüklənilir
Sənəd üzərindəki “QR” kod skan edilir
Sənəd məlumat bazasında aşkar olunubsa ona baxmaq üçün ödəniş aparılır (1 manat)
Sənədin orijinal mətni mobil cihazda əks olunur
Video təlimatı izlə