Media
Mülki kollegiyanın hakimləri ilə Azərbaycan Notariat Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib.
19 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərin müzakirəsi ilə bağlı Mülki kollegiyanın hakimləri ilə Azərbaycan Notariat Palatası və Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəhbərliyi arasında görüş keçirilib.
Görüş zamanı, Konstitusiya Məhkəməsinin vərəsəlik institutunda mülkiyyət hüququnun vərəsəlik üzrə ötürülməsində yeni, daha təminatlı yanaşmanı zəruri edən Qərarının tətbiqi məsələləri müzakirə olunmuşdur.
Görüşdə Konstitusiya Məhkəməsinin Qərarının zaman baxımından notariat icraatında olan işlərə tətbiqi məsələləri, qanunvericiliyin vərəsəlik hüququna aid hissədə təkmilləşdirilməsi və təcrübədə tətbiqinin aktual məsələləri, mirasın qəbulu ilə bağlı Mülki Məcəllədə olan normaların sözügedən Qərara uyğunlaşdırılması, həmin Qərarın məhkəmə və notariat təcrübəsinə təsiri və bu təcrübədə tətbiqi üsullarının optimallaşdırılması, eləcə də yeni qaydalarla vərəsəlik hüquqlarının həyata keçirilməsi ilə bağlı vətəndaşlara hüquqi təbliğat aparılaraq onların maarifləndirilməsi üçün tədbirlər görülməsi barədə fikir mübadiləsi aparılmışdır.
Görüşdə həmçinin bu sahədə müvafiq tənzimləmənin həyata keçirilməsində ortaya çıxacaq çətinliklərin operativ həlli məqsədi ilə qarşılıqlı dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans