Media
14 sentyabr 2020-ci il tarixində Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Notariat Palatasının videoformatda növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində notariat institutunun inkişafı, bu sahədə fəaliyyətin müasir innovasiyalar tətbiq olunmaqla təkmilləşdirilməsi qeyd edilib.
Notariat Palatası tərəfindən Ədliyyə Nazirliyinin dəstəyi ilə görülmüş işlər, o cümlədən notariat ofislərində çalışan 100-dən artıq əməkdaşın təlimlərə cəlb edilməsi, Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələr qurularaq mütərəqqi xarici təcrübələrin öyrənilməsi və nizamnaməsinə uyğun olaraq həyata keçirilən digər tədbirlər barədə İdarə Heyətinin sədri Hüseyn Məmmədov hesabat verib.
Müşahidə Şurasının sədri, nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov notariat sahəsində qarşıda duran vəzifələr barədə çıxış edib.
Tədbirdə Palatanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair notariusların çıxışları dinlənilib, bununla bağlı qurumun nizamnaməsinə bəzi dəyişikliklər edilib. Sonra Azərbaycan Notariat Palatasının yeni yaradılmış www.aznotary.az internet saytının təqdimatı keçirilib.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə