Медиа

14 sentyabr 2020-ci il tarixində Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilmişdir.

Azərbaycan Notariat Palatasının videoformatda növbəti ümumi yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində notariat institutunun inkişafı, bu sahədə fəaliyyətin müasir innovasiyalar tətbiq olunmaqla təkmilləşdirilməsi qeyd edilib.

Notariat Palatası tərəfindən Ədliyyə Nazirliyinin dəstəyi ilə görülmüş işlər, o cümlədən notariat ofislərində çalışan 100-dən artıq əməkdaşın təlimlərə cəlb edilməsi, Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələr qurularaq mütərəqqi xarici təcrübələrin öyrənilməsi və nizamnaməsinə uyğun olaraq həyata keçirilən digər tədbirlər barədə İdarə Heyətinin sədri Hüseyn Məmmədov hesabat verib.

Müşahidə Şurasının sədri, nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov notariat sahəsində qarşıda duran vəzifələr barədə çıxış edib.

Tədbirdə Palatanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair notariusların çıxışları dinlənilib, bununla bağlı qurumun nizamnaməsinə bəzi dəyişikliklər edilib.

Sonra Azərbaycan Notariat Palatasının yeni yaradılmış www.aznotary.az internet saytının təqdimatı keçirilib.

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025