Медиа
Notariat ofisi əməkdaşlarının Tədris Proqramı davam etdirilir.
Notariat ofisi əməkdaşlarının Tədris Proqramı davam etdirilir.
Respublikamızın notariat ofislərində fəaliyyət göstərən əməkdaşların (mütəxəssislərin) peşə biliklərinin artırılması məqsədilə Azərbaycan Notariat Palatası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və baş idarəsinin birgə təşkil etdiyi Tədris Proqramı davam etdirilir.
Tədris Proramı 2019-cu il dən başlayaraq mütəmadi olaraq respublikanın bütün notariat ofislərini əhatə etməklə təşkil olunur. Hazırki vaxtadək 560-dan çox notariat ofisi əməkdaşı Tədris Proqramına cəlb edilmişdir.
Tədris kursu notariat fəaliyyətinin nəzəri və praktiki məsələlərini əhatə edir və 2 həftəlik kurs dövründə əməkdaşlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin notariat fəaliyyəti ilə əlaqəli müddəalarını, “Notariat haqqında” Qanunun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın əsas tələblərini, kargüzarlığın və arxiv işinin aparılması qaydalarını, həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunundan irəli gələn tələbləri və digər zəruri normativ-hüquqi aktların tələblərini, Elektron notariat İnformasiya sisteminin xüsusiyyətlərini və imkanlarını öyrənirlər, eyni zamanda etik ünsiyyət və davranış qaydalarını öyrənirlər.
Tədris kursu hissəsi qaydada təcrübəli notariuslar, Notariat, qeydiyyat və reyestr baş idarəsinin və Notariat Palatasının məsul əməkdaşları, Ədliyyə Akademiyasının müəllimləri, həmçinin cəlb olunmuş digər mütəxəssislər tərəfindən tədris olunur. Tədris kursu Notariat Palatası tərəfindən onlayn qaydada təşkil olunur və təlim dövründə əməkdaşlar iş fəaliyyətindən azad olunurlar.
Növbəti Tədris kursu çərçivəsində yeni qrup üzrə 9 aprel 2026-cı il tarixdə tədrisin nəticələrinə dair müsahibə keçirilmişdir. Müsahibə nəticələrinə görə müvəffəqiyyət qazanan əməkdaşlara müvafiq dərəcəli sertifikatların verilməsi nəzərdə tutulur
Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
Notariat ofisi əməkdaşı namizədləri üçün növbəti hazırlıq kursu keçirilmişdir.
Bu gün notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib