Notary activities banner

Könüllülük fəaliyyəti

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də davam etdirilən gənclər siyasəti Azərbaycan gəncliyinin cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etməkdədir. Bu sahədə ən təsirli vasitələrdən biri də könüllülük fəaliyyətlərinin təşkil edilməsidir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir. Xüsusilə, 2015-ci il I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula-1”və digər mötəbər və irimiqyaslı tədbirlərdə könüllülərin iştirakı böyük əhəmiyyət kəsb etmişdir.

Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi. Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi


Müraciət forması
Ad
Soyad
Э-почта
Телефон
Fayl yüklənməyib