Мобильный нотариат

Mobil notariat

Həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi imkanı təşkil edilmişdir. Həmçinin, «mobil notariat» proqram təminatı vasitəsilə  artıq vətəndaşlar nəqliyyat vasitələrinə dair etibarnamələri, vəkilə verilən etibarnamələri və sosial etibarnamələri həftənin bütün günləri 24 saat ərzində əldə edə bilərlər.