Медиа

Bu gün notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib

Bu gün notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi ilə birgə kompüter vasitəsilə keçirilən müsabiqənin birinci mərhələsi – test imtahanında 280 namizəd iştirak edib. Test imtahanının nəticələri namizədlərə imtahanı yekunlaşdırdıqda dərhal təqdim olunub. Qanunvericiliyin tələbinə uyğun olaraq test imtahanından mümkün 90 balın 60-nı toplayan 119 namizəd uğur qazanaraq növbəti mərhələyə buraxılıb.

İmtahan prosesini Ədliyyə nazirinin müavini, Nazirliyin İxtisas Komissiyasının sədri Abiddin Hüseynov, Komissiyanın digər üzvləri, Nazirlik yanında İctimai şuranın üzvləri, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri izləyiblər.

Müsahibə mərhələsində uğur qazanan hüquqşünaslar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar və təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsinə əsasən onlara notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olmaq üçün şəhadətnamə veriləcək.

#ƏdliyyəNazirliyi #notariat #müsabiqə

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025