Медиа
Azərbaycan Notariat Palatası beynəlxalq tədbirdə təmsil olunub
Azərbaycan Notariat Palatası beynəlxalq tədbirdə təmsil olunub
Gürcüstan Notariat Palatasının dəvəti ilə Azərbaycan Notariat Palatasının nümayəndələri – Bakı şəhəri, 44 saylı notariat ofisinin xüsusi notariusu Rafiq İsmayılov və 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Vüsal Sadıqov Gürcüstan Notariat Palatasının 30 illik yubiley tədbirində iştirak ediblər.
Tədbirin rəsmi hissəsində Gürcüstan Respublikasının ədliyyə naziri Paata Salia, nazir müavini Lana Morqoşia, Gürcüstan Notariat Palatasının sədri Ekaterine Nandoşvili, Almaniya Federativ Respublikasının fəxri notariusu Riçard Bok və Özbəkistan Notariat Palatasının sədri Dilşod Aşurov təbrik nitqləri ilə çıxış ediblər.
Daha sonra Gürcüstan notariatının inkişaf mərhələlərini əks etdirən videotəqdimatlar nümayiş olunub, həmçinin bir sıra notariusların təltifetmə mərasimi keçirilib.
Tədbir çərçivəsində iştirakçılar arasında notariat fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparılıb.
Yubiley tədbirində Gürcüstan Ədliyyə Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan, Özbəkistan, Macarıstan, Gürcüstan və Ermənistandan olan notariuslar da iştirak ediblər.