Media

Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatasının əməkdaşlarından ibarət nümayəndə heyəti Estoniya Respublikasında işgüzar səfərdə olub.

Ədliyyə Nazirliyi və Azərbaycan Notariat Palatasının əməkdaşlarından ibarət nümayəndə heyəti Estoniya Respublikasında işgüzar səfərdə olub.

Səfər çərçivəsində Estoniya Notariat Palatasında, notariat ofislərində və beynəlxalq ekspertlərin iştirakı ilə müxtəlif görüşlər keçirilib.

Görüşlərdə notarius və notarius köməkçilərinin hazırlanması, seçilməsi, ixtisaslarının artırılması və elektron notariat sistemlərinin funksionallıqları üzrə Estoniya təcrübəsinə dair təcrübə və fikir mübadiləsi aparılıb.

Səfər zamanı Estoniyanın Elektron Hökümət Mərkəzində də görüş keçirilib və göstərilən xidmətlərin rəqəmsallaşma imkanları barəsində təcrübə mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti və Estoniya Notariat Palatası arasında notariat fəaliyyəti üçün aktual olan digər məsələlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində Almaniyanın Martin Lüter adına Halle-Vittenberg Universitetinin professoru Azər Əliyev, Estoniyanın Tallin Texnologiya Universitetinin professoru Tomas Hofman və Almaniyada fəaliyyət göstərən notarius Vladimir Primaçenko ilə notariatın inkişaf istiqamətləri üzrə hibrid formatda müzakirələr aparılıb.