Media
Azərbaycan notariatı Qazaxıstanın Nursultan şəhərində keçirilmiş beynəlxalq tədbirdə fəal təmsil olunmuşdur
20-22 iyun 2022-ci il tarixlərində Qazaxıstan Respublikasının Nursultan şəhərində "Yeni reallıq şəraitində notariatın müasir çağırışları və inkişafı" mövzusunda keçirilmiş II Mərkəzi Asiya beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyətininin üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi, Azərbaycan Notariat Palatasının Elektron notariatın inkişafı üzrə işçi qrupunun koordinatoru Zaur Həsənovun “Azərbaycan Respublikasında notariuslar tərəfindən icra qeydlərinin aparılması qaydaları” mövzusunda təqdimatla çıxış etmişdir. Azərbaycan Respublikasında notariatın elektron imkanlarını əks etdirən təqdimat tədbir iştirakçılarının geniş marağına səbəb olmuş və bu barədə Qazaxıstanın Respublika Notariat Palatasının “Notariusun bülleteni” adlı elektron jurnalında əks olunmuşdur.
► Qazaxıstan Respublikasının Nursultan şəhərində keçirilmiş Beynəlxalq Notariat konfransında Azərbaycan Respublikasında notariuslar tərəfindən icra qeydlərinin aparılması qaydalarına dair təqdimat (mənbə: Qazaxıstanın Respublika Notariat Palatasının "Notariusun bülleteni" jurnalı)
Digər Xəbərlər
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı
Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə keçirilmiş test imtahanında zəruri keçid balı toplamış 41 namizədlə fərdi qaydada müsahibə aparılıb.
Azərbaycan notariatı Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə fəal təmsil olunub
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü