Media
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki seminar
06-07 may 2023-cü il tarixlərdə Azərbaycan Notariat Palatasının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Lənkəran rayonunda yerləşən “Lankaran Springs Wellness Resort” otelinin konfrans zalında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Müasir dövrdə notariat fəaliyyətinin aktual praktiki məsələləri” mövzusunda seminar keçirilmişdir.
Seminarda açılış nitqi ilə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov 2023-cü ilin Ümummilli liderimiz “Heydər Əliyev ili” elan edilməsi və Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun Azərbaycan Respublikasının hüquq sisteminin inkişafındakı təsiri barədə çıxış etmiş, Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş və seminar iştirakçıları tərəfindən böyük maraqla izlənilmişdir.
Seminarda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə, Ədliyyə sahəsində xidmətlər baş idarəsinin böyük məsləhətçisi Seymur İsmayılov, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Azər Abbasov və 1 saylı “ASAN xidmət” mərkəzinin notariusu Aytəkin Qasımova cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun iştirakının əsas xüsusiyyətləri və “Mənzil-tikinti kooperativlərində payların özgəninkiləşdirilməsinin xüsusiyyətləri” mövzularında çıxışlar edilmiş və müzakirələr aparılmışdır.
Seminarda Bakı şəhərində və regionlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 30-dan artıq notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.
Notariuslar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, onların peşəkarlığının artırılmasına yönələn bu kimi təlimlərin gələcəkdə digər regionlarda da keçirilməsi nəzərdə tutulur.







Digər Xəbərlər
Azərbaycan notariatında rəqəmsal yeniliklər beynəlxalq maraq doğurur
Səmərqənddə beynəlxalq konfrans keçirilib
Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyası və Özbəkistan Notariat Palatasının birgə təşkilatçılığı ilə Səmərqənddə beynəlxalq konfrans keçirilib.
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 30.09.2023-cü il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə oktyabr ayının 16-dan etibarən müsahibənin keçirilməsinə başlanılacaqdır.