Media
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə
Azərbaycan Notariat Palatasının üzvlərinə
BİLDİRİŞ
Hörmətli həmkarlar!
Azərbaycan Notariat Palatasının Ümumi yığıncağının keçirilməsi 17 iyun 2025-ci il tarixə təyin edilmişdir.
Notariusların iş rejimi nəzərə alınmaqla və əhaliyə göstərilən notariat xidmətlərinin fasiləsizliyini təmin etmək məqsədilə Ümumi yığıncaq videoformatda onlayn qaydada keçiriləcəkdir. Palata üzvlərinin tədbirə Zoom proqramı vasitəsilə qoşulması nəzərdə tutulur (“Elektron notariat” informasiya sistemində yerləşdiriləcək link üzərindən). Ümumi yığıncaq saat 10:00-da başlayır. Saat 09:00-dan 09:40-dək onlayn qoşulmanı təmin etməyiniz vacibdir.
Ümumi yığıncağın gündəliyinin layihəsi
- İdarə Heyəti sədrinin ümumi illik hesabatı.
- Təftiş Komissiyasının illik maliyyə hesabatı.
- Müşahidə Şurası sədrinin çıxışı.
- Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavininin çıxışı.
- Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi.
- İdarə Heyəti üzvünün seçilməsi.
Əlaqə telefonları: (012) 4881071, (077) 4481071
Azərbaycan Notariat Palatasının İdarə heyəti
09.06.2025