Media
15 oktyabr 2022-ci il tarixdə Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.
Notariusların peşə biliklərinin artırılması üçün aktual mövzuların müzakirəsi, notariusların fəaliyyətinin əlaqələndirilməsi və həmkarlararası ünsiyyətin artırılması məqsədilə təşkil edilmiş seminarda “Vərəsəlik işlərinin aparılmasının aktual məsələləri”, “Elektron sənədləşmə və “Elektron notariat” informasiya sistemindən istifadə” və “Çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində notariusun fəaliyyəti” mövzuları üzrə çıxışlar dinlənilmiş, notariusları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır. Çıxış və müzakirələrdə notariat fəaliyyətində seminarın mövzularını əhatə edən məsələlərdə hüququn dürüst tətbiqi və vahid yanaşmanın zəruriliyi vurğulanmışdır.
İştirakçılarının fəallığı ilə seçilən tədbirdə, notariuslar seminarın peşə biliklərinin artırılmasına və həmkarlarası ünsiyyətin əlaqələndirilməsində səmərəliliyini və faydalılığını bildirərək belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinə tələbat olduğunu bildirmişlər.
Seminarda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 40-a yaxın notarius, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin və Azərbaycan Notariat Palatasının əməkdaşları iştirak etmişlər.





Digər Xəbərlər
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər növbəti müsabiqəyə dəvət edilirlər
May ayının 10-u Azərbaycan və müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki seminar