Media
Rusiya Federasiyasıyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
8-9 dekabr 2023-cü il tarixlərində Rusiya Federasiyasıyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Tədbirdə Rusiya Federasiyasının Federal Notariat Palatası, Rusiya Federasiyasının subyektlərinin notariat palataları, Belarus Notariat Palatası, Azərbaycan Notariat Palatası, Qazaxıstan Respublika Notariat Palatası, Özbəkistan Notariat Palatası, Avstriya Notariat Palatası və İspaniya Krallığının Barselona Vəkillər Palatası təmsil olunublar.
Rusiya ali dövlət orqanlarının, hüquq təsisatlarının və bir sıra dövlətlərin notariat palatalarının təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətində Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov və Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Rzabəy Səlim-zadə təmsil olunublar.
Tədbirdə müasir notariatın aktual məsələləri "Notariat sahəsində beynəlxalq xüsusi hüququn praktiki məsələləri", "Müasir cəmiyyətin çağırışları və hüquq peşəsi", "Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin notariat fəaliyyəti sahəsində baza təşkilatı: ilk nəticələr və perspektivlər", "Xaricdə notariat fəaliyyəti: notariuslar və konsulluğun vəzifəli şəxslərinin əməkdaşlığı", "Qazaxıstan Respublikasının surroqat analıq müqavilələri haqqında qanunvericiliyi və notariat praktikası", "İspaniya qanunvericiliyində surroqat analıq məsələləri", "Belarus Respublikası qanunvericiliyinin yeniliyi: notariat praktikasında surroqat analıq", "Surroqat analıq müqaviləsi: hüquqi tənzimləmə problemləri və Rusiya Federasiyasında notariat təsdiqinin perspektivləri", "Notariat korporativ brendinin təşviqi strategiyası", "Başqa dövlətin notariusu tərəfindən verilmiş sənədlərlə işləyərkən ictimai elektron xidmətlərdən istifadə", "İspaniya notariatında informasiya texnologiyaları haqqında qısaca", "Avstriya notariuslarının fəaliyyətində informasiya və beynəlxalq aspektlər", “İri əqdlərin notariat qaydasında təsdiqlənməsinin xüsusiyyətləri”, "Məsafədən əməliyyatlar: müsbət və mənfi cəhətləri", “Kişinyov Konvensiyasının məsələləri” və “Notariat və məhkəmə: məhkəmənin müəyyən səlahiyyətlərinin notariusun yurisdiksiyasına verilməsi perspektivləri” mövzularında iştirakçılar öz təcrübələrini bölüşüblər.
Tədbirin sonunda iştirakçılar konfransın beynəlxalq notariat təcrübəsinin ümumiləşdirilməsinə, notariat fəaliyyətinin təkmilləşdirilməsinə və bu sahədə qabaqcıl təcrübələrin istifadəsinin tətbiqi vəziyyətini və perspektivlərini təhlil etməyə imkan yaratdığını və faydalı təcrübə mübadiləsi olduğunu bildirmişlər.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib