Media
Bu gün Azərbaycan Respublikasının taleyini dəyişən əlamətdar gün - 15 İyun Milli Qurtuluş Günüdur.
1993-cü il iyunun 15-də Heydər Əliyev xalqın çağırışı ilə Azərbaycan Respublikasının rəhbərliyinə qayıdaraq dövlət müstəqilliyinin və birliyinin qorunub saxlanması, möhkəmlənməsi və inkişafını, insan hüquqlarının təmin olunmasını, dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ulu öndərin hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi məhv olmaqdan xilas edib, müstəqilliyimizin dönməzliyini və ölkəmizin gələcək inkişafını təmin etmişdir.
Hakimiyyətdə olduğu dövr ərzində, ümummilli lider Heydər Əliyev öz zəngin siyasi fəaliyyəti sayəsində xalqının milli dirçəlişini strateji dövlət siyasətinə çevirmiş, Azərbaycanın dinamik inkişafının təməlini qoyaraq müstəqilliyimizin bünövrəsini möhkəmlətmiş, ölkəmizin bu gün özünəməxsus davamlı inkişafına zəmin yaratmışdır. Xalqımız məhz Heydər Əiyevin müdrik dövlətçilik təcrübəsi sayəsində milli-mənəvi dəyərlərini qoruyaraq XXI əsrə inamla qədəm qoymuşdur.
Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində yaratdığı milli inkişaf strategiyası nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu nailiyyətlərin əldə olunmasının digər bir mühüm səbəbi isə, ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Möhkəm dövlətçilik təməli və güclü lider faktoru ölkəmizin gələcəyinin, yeni uğurlarımızın qarantıdır!
Digər Xəbərlər
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər növbəti müsabiqəyə dəvət edilirlər
May ayının 10-u Azərbaycan və müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür.
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktiki seminar