Media
7 avqust 2021-ci il tarixində Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Notariat Palatasının videoformatda növbəti Ümumi yığıncağı keçirilmişdir.
Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində notariat fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər qeyd edilmişdir.
Notariat Palatası tərəfindən Ədliyyə Nazirliyinin dəstəyi ilə görülmüş işlər, o cümlədən Qeydiyyat və notariat baş idarəsi ilə birgə notariat ofislərində çalışan əməkdaşların tədris kursunun və Dövlət Notariat Arxivi ilə birgə “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması” layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələrin davam etdirilərək mütərəqqi xarici təcrübələrin öyrənilməsi və nizamnaməsinə uyğun olaraq həyata keçirilən digər tədbirlər barədə İdarə Heyətinin sədri Hüseyn Məmmədov hesabat verib.
Yığıncaqda Notariat Palatasının İdarə Heyətinin illik hesabatı və Təftiş Komissiyasının maliyyə hesabatları dinlənilmişdir. Hesabatlar ümumi yığıncaq iştirakçıları tərəfindən qənaətbəxş hesab edilərək təsdiq edilmişdir.
Azərbaycan Notariat Palatasının Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov çıxış edərək Notariat Palatası tərəfindən görülmüş işlərin qənaətbəxş hesab edilməsi ilə bərabər bir sıra işlərin görülməli olduğunu və mövcud imkanlardan daha geniş istifadə olunmasının zəruriliyini bildirmişdir.
Tədbirdə Palatanın fəaliyyətinin səmərəliliyinin artırılmasına dair notariusların çıxışları dinlənilmiş, bununla bağlı qurumun nizamnaməsinə bəzi dəyişikliklər edilmişdir.
Sonra, Notariat Palatasının İdarə heyətinə və Təftiş komissiyasına seçkilər keçirilmişdir.
İdarə heyətinin üzvləri arasından 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu Hüseyn Məmmədov yenidən Notariat Palatasının İdarə Heyətinin sədri seçilmişdir.
Yığıncağın yekununda notariat sahəsində qüsursuz fəaliyyət göstərmiş və fəaliyyət müddətini başa vurmuş bir qrup notariusa Azərbaycan Notariat Palatası adından təşəkkür elan edilmişdir.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Notariat Palatası ilə Belarus Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə