Media
Bu günlərdə Meksikanın Kankun şəhərində latın notariat tipli (kontinental hüquq sistemli) ölkələrin norariat qurumlarını birləşdirən Beynəlxalq Notariat İttifaqının 30-cu Konqresi keçirilib.
Tədbirdə Azərbaycan Notariat Palatasını İdarə Heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu Hüseyn Məmmədov və Palatanın Elektron notariatın inkişafı üzrə işçi qrupunun üzvü, Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi təmsil ediblər.
Konqresdə Beynəlxalq Notariat İttifaqının latın notariatının hazırkı dövrdə əsas fəaliyyət istiqamətlərini əhatə edən müxtəlif məsələləri, o cümlədən pandemiya və post-pandemiya dövründə, virtual mühitdə, eləcədə pandemiyadan sonrakı dövrdə milli iqtisadiyyatların bərpasında, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariat institutunun fəaliyyəti mövzuları ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.İttifaqın idarəetmə orqanlarına səlahiyyət müddətləri ilə bağlı yeni üzvlərin seçkisi keçirilərək Beynəlxalq Notariat İttifaqının yeni sədri vəzifəsinə Fransadan olan notarius Lionel Qallies seçilib, Qazaxıstan və Özbəkistan Notariat palataları İttifaqa üzv qəbul olunublar.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Beynəlxalq Notariat İttifaqının bir sıra səlahiyyətli şəxsləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.





Digər Xəbərlər
20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi
9-10 dekabr 2022-ci il tarixlərində Rusiya Federasiyasıyasının Sankt-Peterburq şəhərində “Notariat. Təcrübə. Cari məsələlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir
Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür.