Media
Bu günlərdə Meksikanın Kankun şəhərində latın notariat tipli (kontinental hüquq sistemli) ölkələrin norariat qurumlarını birləşdirən Beynəlxalq Notariat İttifaqının 30-cu Konqresi keçirilib.
Tədbirdə Azərbaycan Notariat Palatasını İdarə Heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariusu Hüseyn Məmmədov və Palatanın Elektron notariatın inkişafı üzrə işçi qrupunun üzvü, Bakı şəhəri 22 saylı notariat ofisinin notariusu Sübhi Bektaşi təmsil ediblər.
Konqresdə Beynəlxalq Notariat İttifaqının latın notariatının hazırkı dövrdə əsas fəaliyyət istiqamətlərini əhatə edən müxtəlif məsələləri, o cümlədən pandemiya və post-pandemiya dövründə, virtual mühitdə, eləcədə pandemiyadan sonrakı dövrdə milli iqtisadiyyatların bərpasında, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə
notariat institutunun fəaliyyəti mövzuları ilə bağlı çıxışlar edilib, müzakirələr aparılıb.
İttifaqın idarəetmə orqanlarına səlahiyyət müddətləri ilə bağlı yeni üzvlərin seçkisi keçirilərək Beynəlxalq Notariat İttifaqının yeni sədri vəzifəsinə Fransadan olan notarius Lionel Qallies seçilib, Qazaxıstan və Özbəkistan Notariat palataları İttifaqa üzv qəbul olunublar.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən Beynəlxalq Notariat İttifaqının bir sıra səlahiyyətli şəxsləri ilə görüşlər keçirilərək əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
A Memorandum of Cooperation has been signed between the Notary Chamber of Azerbaijan and the Notary Chamber of Belarus
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə