Media
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir. Ümumi yığıncağın gündəliyinə İdarə Heyəti sədrinin ümumi illik hesabatı, Təftiş Komissiyasının illik maliyyə hesabatı, Müşahidə Şurası sədrinin çıxışı, Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavininin çıxışı, Notariat Palatasının Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və İdarə Heyətinə üzvün seçilməsi məsələləri daxil edilmişdir.
Ümumi yığıncaqda Azərbaycan Notariat Palatasının İdarə heyətinin sədri Hüseyn Məmmədov 2024-cü il üzrə Palatanın fəaliyyəti haqqında Ümumi hesabat məruzəsi ilə çıxış etmiş və Notariat Palatasının gördüyü işlər barədə geniş məlumat vermişdir. Daha sonra, Notariat Palatasının Təftiş Komissiyasının sədri İkram Xəlilov illik maliyyə hesabatını məruzə etmişdir.
Hesabatlar üzrə səsvermə keçirilmiş və qəbul edilmişdir.
Ümumi yığıncaqda Notariat Palatasının Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi Elşad Məmmədli Notariat Palatasının fəaliyyətinin nizamlanması və qarşıda duran vəzifələr barədə çıxış etmiş və notariusların Palatanın fəaliyyətində fəal iştirak etməsinin zəruriliyini vurğulamışdır.
Ümumi yığıncağın işində iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini, Notariat idarəsinin rəisi vəzifəsini icra edən vəzifəsini icra edən Seymur İsmayılov Notariat fəaliyyətinə inzibati nəzarət məsələləri üzrə fikirlərini çatdıraraq notariusların notariat hərəkətlərinin, xüsusilə də daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının vacibliyini qeyd etdi.
Ümumi yığıncağın gündəliyində duran digər məsələ - Palatanın Nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsverməyə çıxarılmış və əksər səs çoxluğu ilə qəbul edilmişdir.
Ümumi yığıncaqda Bakı şəhəri 7 saylı notariat ofisinin notariusu Nizami Tağıyev Notariat Palatasının İdarə heyətinə üzv seçilmişdir.

Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib