Media
Azərbaycan notariatında rəqəmsal yeniliklər beynəlxalq maraq doğurur
Bir sıra dövlətlərin, o cümlədən Azərbaycan Notariat Palatasının təmsil olunduğu tədbirin açılışında Belarusun ədliyyə naziri, Ali Məhkəməsinin sədri, Prezident Administrasiyası rəhbərinin müavini, Belarus Notariat Palatasının sədri və digər dövlət rəsmiləri yubileylə bağlı təbrik nitqləri söyləyiblər.
Konfransda Belarus, Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Notariat palatalarının, Ədliyyə nazirliklərinin nümayəndələri tərəfindən notariusların işində rəqəmsallaşma, notariat sənədlərinin məsafədən rəsmiləşdirilməsi, elektron notariat sənədləri, vahid notariat informasiya sistemində yeni elektron xidmətlər, avtomatik oxunan etibarnamələr, daşınmaz əmlak əməliyyatlarında rəqəmsal notariatın rolu mövzularında məruzələri dinlənilib, iştirakçı dövlətlər notariat sahəsində aparılan islahatlar və yeniliklər barədə öz təcrübələrini bölüşüblər.
Nümayəndə heyətimizin üzvü, Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsinin məsləhətçisi Zaur Həsənov “Notariat sənədlərinin məsafədən rəsmiləşdirilməsi - Azərbaycan təcrübəsi” mövzusunda çıxış edərək ölkəmizdə notariat xidmətinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi ilə bağlı görülən tədbirlər və bu sahədə rəqəmsal yeniliklər barədə məlumat verib, təqdimat nümayiş etdirilib.
Azərbaycanda “Elektron notariat” informasiya sisteminin, əhaliyə məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən “Mobil notariat”ın, yeni “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi böyük maraqla qarşılanıb.
Səfər zamanı Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu Elmar Kərimovun və Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Nadir Zeynalovun da təmsil olunduğu Azərbaycanın nümayəndə heyəti tərəfindən Minsk şəhərində fəaliyyət göstərən notariat ofislərinə baş çəkilib, notariat işi ilə tanış olunaraq faydalı fikir və təcrübə mübadiləsi aparılıb.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib