Media
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Notariat Palatasının videoformatda növbəti Ümumi yığıncağı keçirilib.
Ümumi yığıncağın Hesablama komissiyası və katibi seçildikdən sonra Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəhbərliyinin və əməkdaşlarının və respublikada fəaliyyət göstərən notariusların iştirak etdiyi Ümumi yığıncaqda Notariat Palatasının İdarə Heyətinin sədri H.Məmmədov 2023-cü il üzrə illik ümumi hesabatla çıxış edərək Palata tərəfindən görülmüş işlər və həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir. Palatanın Təftiş Komissiyasının sədri İkram Xəlilov yığıncaqda hesabat ili üzrə maliyyə hesabatı ilə çıxış etmişdir. Hesabatlar üzrə səsvermələr keçirilmiş və səs çoxluğu ilə təsdiq edilmişdir.
Azərbaycan Notariat Palatasının Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov Notariat Palatasının fəaliyyəti ilə bağlı çıxış edərək bildirmişdir ki, Palata tərəfindən hesabat ili ərzində xeyli işlər görülmüşdür, Müşahidə Şurası tərəfindən Palatanın fəaliyyətinin qanunvericiliyə uyğunluğunun öyrənilməsi çərçivəsində İdarə Heyətinin iclaslarında gündəmə gətirilən məsələlər və verilən qərarlar üzrə mütəmadi olaraq İdarə Heyətinin sədri ilə müzakirələr aparılmış, müvafiq tövsiyyələr verilmişdir.
Ümumi yığıncağın gündəliyinə daxil olan Notariat Palatasının nizamnaməsinə əlavə və dəyikliklər layihəsi məsələsi müzakirələrdən sonra səsverməyə qoyulmuş və təsdiq edilmişdir.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans
Türkiyə Notariuslar Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub