Media
Müsabiqədə iştirak edən notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə
Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan edilmiş müsabiqədə iştirak edəcək namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə sentyabr ayının 30-da saat 11:00-da Mərkəzin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
İmtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.
İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası”, test imtahanında kompüterdən istifadəyə dair Təlimat və digər zəruri informasiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib, habelə nazirliyə müraciət edənlər bu məlumatları əldə edə bilərlər.
Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına uyğun olaraq test imtahanının yekunlarına görə 55 və daha çox bal toplamış şəxslər ikinci mərhələyə-müsahibəyə buraxılacaqlar.
Müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə hazırlaşmalarına köməklik məqsədilə Ədliyyə Akademiyasında hazırlıq kursları təşkil olunacaqdır (Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.
İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.
Digər Xəbərlər
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib