Media

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslər üçün may ayının 24-də növbəti test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə may ayının 24-də növbəti test imtahanı keçirilib.

 

Dövlət İmtahan Mərkəzi ilə birlikdə namizədlərlə fərdi qaydada, kompüter vasitəsilə keçirilmiş test imtahanını vətəndaş cəmiyyətinin nümayəndələri izləyiblər.

 

İmtahanın keçirilməsi qaydalarına uyğun olaraq, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

 

67 nəfərin iştirak etdiyi imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə mümkün 90 baldan 55 və ya daha artıq bal toplayan 41 nəfər müvəffəqiyyət qazanıb. Uğur qazanmış namizədlərin siyahısı nazirliyin (www.justice.gov.az) və DİM-in ( www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

 

Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə - müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcəkdir.

 

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün 24 may 2022-ci il tarixdə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı:
 

Soyadı, adı, atasının adı

1

ABDULLAYEV ELMAR GÜLBABA

2

ABDULLAYEV MİR RAMİL MİRTƏBİB

3

ABDULLAYEV ZİYA YAŞAR

4

AĞAKİŞİYEV VAQİF AKİF

5

AĞAYEV NƏSRULLA QİYAS

6

AĞAYEV ORXAN KAMRAN

7

AVŞAROV MANAF HƏSƏN

8

BABAYEV EMİN GÜNDÜZ

9

BABAYEV İLQAR SÜLEYMAN

10

BAYRAMOV CAVİD ƏLİ

11

CABBARZADƏ AZADƏ NİYAZİ

12

DƏMİROV  FƏRİD FƏXRƏDDİN

13

ƏHMƏDOV OQTAY ETİBAR

14

ƏHMƏDOV RAMİN MALİK

15

ƏLİYEV ELNUR ELDAR

16

ƏLİYEV FAİQ FAMİL

17

ƏLİZADƏ BƏNÖVŞƏ MƏRDAN

18

HACIYEVA MƏFTUNƏ MAARİF

19

İSMAYILZADƏ PƏRVANƏ CƏLİL

20

KƏRİMOV BAHADUR SƏTTAR

21

KƏRİMOV SƏYYUB HƏSƏN

22

MƏMİŞOV BƏYLƏR SAHİB

23

MƏMMƏDOV ELVİN İSRAYIL

24

MƏMMƏDOV ORXAN ELXAN

25

MƏMMƏDOV RAFAEL ADİL

26

MƏMMƏDOVA KÖNÜL ELDAR

27

MƏMMƏDZADƏ FƏRİD FAİQ

28

MÖVSÜMOV RÜFƏT RAUF

29

MURADOV RAMİN NOVRUZ

30

MUSAYEVA GÜNEL ZAKİR

31

MUSTAFAYEVA TÜRKAN RAMİZ

32

ORUCOV SÖHRAB KƏRİM

33

QAFAROVA ELMİNAZ NAZİR

34

QASIMOV ORXAN NÜRƏDDİN

35

RƏHMAN ELŞƏN CƏFƏR

36

RİZVANOV VAHİD SÜLEYMAN

37

RZAYEVA GÜNAY PƏNAH

38

ŞAHVERDİYEV LOĞMAN ƏLZAMİN

39

SÜLEYMANOVA AYNA QULU

40

VƏLİYEV NİCAT MALİK

41

XANLAROVA AYNURƏ NƏBİ

 

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025