Media

Azərbaycan notariatı Qazaxıstanda keçirilən beynəlxalq tədbirlərdə fəal təmsil olunub

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sahəsində aparılan islahatlar ədliyyə xidmətlərinin müasir çağırışlara uyğun inkişafını, mütərəqqi beynəlxalq təcrübələrə yiyələnməklə onların rəqəmsallaşdırılmasını və əlçatanlığının artırılmasını təmin edir.

 

İctimai tələbatlılığı ilə seçilən Azərbaycan notariatı öz qabaqcıl təcrübəsi ilə xarici notariat icması tərəfindən maraqla izlənilir, bu sahədə nailiyyətlərinin yaxından öyrənilməsi məqsədi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir.

 

Bu günlərdə Nur-Sultan şəhərində Qazaxıstanda “Notariat haqqında” Qanunun qəbul edilməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfranslar keçirilib.

 

Beynəlxalq Notariat İttifaqının, Almaniya, Xorvatiya, Macarıstan, Fransa, Litva, Monqolustan, Rusiya və digər MDB ölkələrinin Ədliyyə nazirlikləri və notariat palatalarının təmsilçilərinin qatıldığı tədbirlərdə Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin əməkdaşı Zaur Həsənov və Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Əmirəli Əmirəliyevdən ibarət nümayəndə heyəti iştirak edib.

 

Açılışda Qazaxıstan ədliyyə nazirinin müavini Alma Mukanova çıxış edərək notariat institutunun əhəmiyyəti və aktuallığı, müasir inkişaf istiqamətləri barədə məlumat verib.

 

“Rəqəmsal notariat: notariusların məsafədən işi, təmassız əqdlər, məlumatların rəqəmsallaşdırılması”, “İcra qeydi. Prosedurlar və qaydalar” və “Yeni reallıq şəraitində notariatın müasir çağırışları və inkişafı” mövzusunda II Mərkəzi Asiya Beynəlxalq notariat konfranslarında nümayəndə heyətimiz rəqəmsal notariatın yeniliyi olan “Mobil notariat” tətbiqi, Azərbaycanda icra qeydlərinin aparılması prosedurunun avtomatlaşdırılması, müasir notariatın inkişaf aspektləri, bu sahədə Azərbaycan təcrübəsi barədə təqdimatlarla çıxış edib.

 

Təqdimatlar zamanı son illər respublikamızda ədliyyə, o cümlədən notariat sahəsində əldə edilmiş nailiyyətlər, məsafədən, həmçinin tətbiq vasitəsi ilə notariat hərəkətlərinin aparılmasını mümkün edən elektron notariat platformasının imkanları, öhdəliklərin məhkəmədənkənar icrasına və icraat prosedurlarının optimallaşdırılmasına şərait yaradan notariusun tam elektronlaşdırılmış icra qeydlərinin aparılması qaydası barədə məlumat verilərək, notariatın rəqəmsal transformasiyası nəticəsində əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaş məmnunluğuna nail olunduğu vurğulanıb.

 

Səfər çərçivəsində Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlıq Komissiyasının sədri Riçard Bokla və Fransa Ali Notariat Şurasının nümayəndə heyəti ilə işgüzar görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan Notariat Palatası ilə Qazaxıstan Notariat Palatası arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

 

Nümayəndə heyətimiz həmçinin, Nur-Sultan şəhərindəki notariat ofislərinin fəaliyyəti ilə yaxından tanış olaraq faydalı təcrübə mübadiləsi aparıb.

 

Digər Xəbərlər

On November 2, 2024, a seminar on "Actual issues of notary activity" was held.

02 noyabr 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən notariuslar üçün “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirilmişdir.

02.11.2024

Notariat fəaliyyətində vərəsəliyin aktual məsələləri mövzusunda beynəlxalq seminar keçirilib

06.04.2024

Azərbaycan notariatı Qazaxıstanın Nursultan şəhərində keçirilmiş beynəlxalq tədbirdə fəal şəkildə təmsil olunmuşdur

20-22 iyun 2022-ci il tarixlərində Qazaxıstan Respublikasının Nursultan şəhərində "Yeni reallıq şəraitində notariatın müasir çağırışları və inkişafı" mövzusunda keçirilmiş II Mərkəzi Asiya beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyətininin üzvü, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi, Azərbaycan Notariat Palatasının Elektron notariatın inkişafı üzrə işçi qrupunun koordinatoru Zaur Həsənovun “Azərbaycan Respublikasında notariuslar tərəfindən icra qeydlərinin aparılması qaydaları” mövzusunda təqdimatla çıxış etmişdir. Azərbaycan Respublikasında notariatın elektron imkanlarını əks etdirən təqdimat tədbir iştirakçılarının geniş marağına səbəb olmuş və bu barədə Qazaxıstanın Respublika Notariat Palatasının “Notariusun bülleteni” adlı elektron jurnalında əks olunmuşdur.

19.07.2022