Media

Azərbaycan, Almaniya və Litva notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların ixtisaslarının artırılmasına həsr olunan beynəlxalq konfrans ikinci günü “Daşınmaz əmlakı əldə edənin hüquqlarının müdafiəsi” mövzusu ilə öz işini davam edib

Daşınmaz əmlakı əldə edənin hüquqlarının müdafiəsi mövzusuna həsr edilmiş konfransın ikinci günü  daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi zamanı notariusun öhdəlikləri, həmçinin xidmət zamanı sənədlərin yoxlanılması prosedurlarını dəfələrlə sürətləndirən Ədliyyə Nazirliyinin elektron informasiya resurslarının imkanları və innovativ həllər barədə notariuslar və notarius vəzifəsində namizədlər arasında geniş diskussiyalar aparılıb.

 

Daşınmaz əmlakın dövriyyəsində, o cümlədən bu sahədə məhkəmə mübahisələrinin qarşısının alınmasında peşəkar hüquqşünasların fəaliyyətini nəzərdə tutan notariat institutun əhəmiyyəti, vətəndaş və sahibkarlarının hüquqlarının müdafiəsi məqsədi ilə xüsusi bilik və bacarıqları tələb edən notariusların tətbiq etdiyi yoxlama tədbirləri üzrə Almaniya və Litva təcrübələri barədə mühazirələr dinlənildi.

 

Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov ölkədə aparılan genişmiqyaslı iqtisadi islahatlar fonunda daşınmaz əmlak institutunun inkişaf yolu, əmlak hüquqlarının müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni elektron nəzarət mexanizmləri barədə məlumat verdi.

 

Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə daşınmaz əmlakın əldə edilməsi sahəsində çirkli pulların yuyulması risklərinin notarius tərəfindən qiymətləndirilməsinin əhəmiyyəti, həmçinin ölkəmizdə əlverişli biznes mühtinin daha da inkişaf etdirilməsi məqsədi ilə ən qabaqcıl xarici təcrübələrin təhlilinə söykənərək əmlak hüquqlarının “bir pəncərə” prinsipi əsasında notarius vasitəsi ilə qeydiyyata alınması xidmətlərinin təşkilinə dair layihələrin hazırlandığı barədə məlumat verdi.

 

Qeyd olundu ki, Avropa ölkələrinin ən qabacıl təcrübələrinin, o cümlədən Almaniya və Litva təcrübələri əsasında hazırlanan layihələr daşınmaz əmlakın daha etibarlı əsaslarla dövriyyəsini təmin edəcəkdir.

 

Tədbirin sonunda Almaniya və Litva notariat palatalarının Azərbaycan Notariat Palatası arasında əməkdaşlıq sazişləri imzalanıb.

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025