Media

8 avqust 2023 -cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib

Azərbaycan Notariat Palatasının  videoformatda növbəti Ümumi yığıncağı keçirilib.

 

Ümumi yığıncağın Hesablama komissiyası və katibi seçildikdən sonra Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov gündəlikdə duran məsələləri iştirakçıların diqqətinə çatdırmışdır.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəhbərliyinin və əməkdaşlarının və respublikada fəaliyyət göstərən notariusların  iştirak etdiyi Ümumi yığıncaqda Notariat Palatasının İdarə Heyətinin sədri H.Məmmədov 2022-ci il üzrə illik ümumi hesabatla çıxış edərək Palata tərəfindən görülmüş işlər və həyata keçirilən layihələr barədə geniş məlumat vermişdir.  Palatanın Təftiş Komissiyasının sədri Tamerlan Qurban yığıncaqda  hesabat ili üzrə maliyyə hesabatı ilə çıxış etmişdir. Hesabatlar üzrə səsvermələr keçirilmiş və səs çoxluğu ilə təsdiq edilmişdir.

 

Azərbaycan Notariat Palatasının Müşahidə Şurasının sədri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəisi İlqar Məmmədov Notariat Palatasının fəaliyyəti ilə bağlı çıxış edərək, ilk öncə cari ilin “Heydər Əliyev” ili olmasını vurğulayaraq qeyd etmişdir ki, Ümummilli liderin 100 illiyi tədbirləri bütün dövlət qurumlarında olduğu kimi Ədliyyə orqanlarında da geniş qeyd olunur, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan dahi rəhbərin çoxşahəli irsinin təbliğində vacib əhəmiyyət daşıyan müxtəlif tədbirlər təşkil edilir, mətbuatda çxışlar edilir. Müşahidə Şurası tərəfindən Palatanın fəaliyyətinin qanunvericiliyə uyğunluğunun öyrənilməsi çərçivəsində isə, İdarə Heyətinin aylıq əsaslarla keçirdiyi iclaslarda gündəmə gətirilən məsələlər və verilən qərarlar barədə mütəmadi olaraq İdarə Heyəti ilə müzakirələr aparılır, müvafiq tövsiyyələr verilir.

 

Sonra, AR Ədliyyə Naziriliyinin Notariat idarəsinin rəisi vəzifəsini icra edən Mirağa Abbasov notariat fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan qismində görülən işlər və qarşıya qoyulan vəzifələr barəsində çıxış etmişdir.

 

Ümumi yığıncağın gündəliyinə daxil olan Notariat Palatasının nizamnaməsinə əlavə və dəyikliklər layihəsi məsələsi müzakirələrdən sonra səsverməyə qoyulmuş və təsdiq edilmişdir. 

 

Daha sonra, Palatanın İdarə Heyətinə və Təftiş Komissiyasına seçkilər keçirilmişdir. İştirakçılar tərəfindən irəli sürülən namizədlər səsvermələrin yekununda təsdiq edilmişdir.

 

Tədbirin sonunda notariat sahəsində uzun illər qüsursuz fəaliyyət göstərmiş və fəaliyyət müddətini başa vurmuş bir qrup notariusa Azərbaycan Notariat Palatası adından təşəkkür elan edilmişdir.

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025