Media
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqşünaslar üçün elan olunmuş müsabiqə üzrə 30.09.2023-cü il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə oktyabr ayının 16-dan etibarən müsahibənin keçirilməsinə başlanılacaqdır.
Nazirliyin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72 ünvanında) fərdi qaydada keçiriləcək müsahibənin vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, imtahanın keçirilməsi qaydalarına görə müsahibənin nəticələrinə əsasən uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi məsələsinə baxılacaqdır.
Əlavə məlumatları (012) 404-42-19, (012) 404-42-28 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
A Memorandum of Cooperation has been signed between the Notary Chamber of Azerbaijan and the Notary Chamber of Belarus
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə