Media
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
04 iyul 2024-cü il tarixdə ADA Universitetində Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Görüşdə ADA Universitetinin prorektoru, Fariz İsmayılzadə bildirib ki, qarşılıqlı faydalı əməkdaşlığın qurulması, tələbələrin təcrübə keçə bilmək imkanlarının yaradılması və onların hüquq yönümlü görüşlərə seminarlara, konfranslara və digər tədbirlərdə iştiraka cəlb olunması ADA Universiteti və Azərbaycan Notariat Palatası arasında əməkdaşlığın əsas istiqamətləri olacaqdır.
Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov, Notariat Palatasının fəaliyyəti barədə məlumat verərək ADA universiteti ilə gələcək əməkdaşlıq imkanlarına dair fikirlər səsləndirib və bidirib ki, Notariat Palatası mülki hüquq və notariat hüququna tələbələr arasında marağın artmasının, Notariat hüququnun tədris olunmasının, notariat sahəsi üzrə kadrların peşə hazırlığının artırılması üçün təhsil müəssisələrinin universitetinin peşəkar professor müəllim heyətinin təlim-tədris məsələlərinə cəlb olunmasının və digər aktual məsələlərin birgə həyata keçirilməsinin böyük əhəmiyyəti vardır və bu əməkdaşlıq hüquqşünas kadrların hazırlığının keyfiyyət göstəricilərinin artırılmasına bir dəstək olacaqdır.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Digər Xəbərlər
31 may 2024-cü il tarixdə Azərbaycan Notariat Palatasının videoformatda Ümumi yığıncağı keçirilib
Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Notariat Palatasının birgə təşkilatçılığı ilə “Vərəsəlik hüququ: Müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans
Türkiyə Notariuslar Birliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub