Media

Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki,bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə sentyabr ayının 30-da Dövlət İmtahan Mərkəzi ilə birgə növbəti test imtahanı keçirilib.

 

126 namizədin iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.

 

İmtahanın nəticələrinə görə 48 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

 

Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə - müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcəkdir.

 

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.

 

 

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün 30 sentyabr 2023-cü il tarixdə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı

 

 

Soyadı, adı, atasının adı
1. ABDULLAYEV ABDULLA CAMAL
2. ABİDOV MAHMUD TƏHMASİB
3. AĞAYEVA GÜNAY ŞƏMSƏDDİN
4. AĞCAYEV SƏRVAN İLYAS
5. ALLAHVERDİYEV SAHİB FƏXRƏDDİN
6. ATAYEV BABƏK ALYOŞA
7. BƏXTİYAROV HEYDƏR İSA
8. ƏFƏNDİYEV EMİN TOFİQ
9. ƏHMƏDLİ MANYA ELXAN
10. ƏHMƏDOVA SƏBİNƏ SİYAVUŞ
11. ƏLƏKBƏROV XALİD TOFİQ
12. ƏLƏKBƏROVA AYSEL NOVQUBAT
13. ƏLİYEV FAİQ FAMİL
14. HACIBƏYLİ TURAL BƏHRUZ
15. HACIYEV ELDƏNİZ TOFİK
16. HACIYEV ƏLİ VAHİD
17. HEYDƏROV AZƏR ƏZİZAĞA
18. HÜSEYNOVA AYTƏN AVTANDİL
19. İMANOV XƏQANİ QURBAN
20. İSMAYILOV İLQAR VƏLİ
21. İSMAYILOV RAFİQ TOFİQ
22. İSMAYILOVA GÜLNAR SƏMƏD
23. KƏRİMOV EMİN MAHİR
24. MƏMMƏDOV ORXAN ELXAN
25. MƏMMƏDOV RAFAEL ADİL
26. MƏMMƏDOVA KÖNÜL ELDAR
27. MƏMMƏDOVA NƏZRİN VAHİD
28. MURADOV SƏNAN MƏZAHİR
29. NİYAZLI ZƏRNİGAR MAQSUD
30. NOVRUZOV MAARİF VİDADİ
31. PAŞAYEVA NƏRGİZ ƏLƏŞRƏF
32. QARDAŞOVA ƏZİZƏ FEHRUZ
33. QASIMOV İLKİN RAFİQ
34. QƏNBƏROV TAĞI ƏDALƏT
35. QULİYEV ELVİN AKİF
36. QULİYEV SEYMUR NAZİR
37. QURBANOV NƏCƏF İSBƏNDİYAR
38. RƏHİMOV TOĞRUL RAFİQ
39. RİZVANOV VAHİD SÜLEYMAN
40. ŞABANOV SAMİD MƏTLƏB
41. ŞƏMMƏDOV AZƏR ƏKBƏR
42. ŞEYDABƏYOV OQTAY PİRMURAD
43. SEYİDOV ELÇİN ADİL
44. TEYMUROVA SEVİNC ELXAN
45. UMUDLU HİKMƏT NAZİM
46. XANLAROVA AYNURƏ NƏBİ
47. XƏLİLOV İLKİN ƏLƏKBƏR
48. YUSİFOVA GÜNEL İLHAM

Digər Xəbərlər

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025

Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.

12.07.2025