Медиа
Notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı keçirilmişdir
Ədliyyə Nazirliyinin Mətbuat xidməti bildirir ki,bəzi bölgələrdə notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə elan olunmuş müsabiqə üzrə sentyabr ayının 30-da Dövlət İmtahan Mərkəzi ilə birgə növbəti test imtahanı keçirilib.
126 namizədin iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb.
İmtahanın nəticələrinə görə 48 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Bildirilir ki, qanunvericiliyin tələblərinə əsasən test imtahanında zəruri keçid balını toplamış hüquqşünaslar ikinci mərhələyə - müsahibəyə buraxılır və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Müsahibənin keçirilmə vaxtı və yeri barədə məlumat veriləcəkdir.
Əlavə informasiyanı nazirliyin internet səhifəsindən, habelə (012) 404-42-19, (012) 404-42-28 nömrəli əlaqə telefonları vasitəsilə əldə etmək mümkündür.
Notariat fəaliyyəti ilə məşğul olmaq üçün 30 sentyabr 2023-cü il tarixdə keçirilən test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin siyahısı
№ | Soyadı, adı, atasının adı |
1. | ABDULLAYEV ABDULLA CAMAL |
2. | ABİDOV MAHMUD TƏHMASİB |
3. | AĞAYEVA GÜNAY ŞƏMSƏDDİN |
4. | AĞCAYEV SƏRVAN İLYAS |
5. | ALLAHVERDİYEV SAHİB FƏXRƏDDİN |
6. | ATAYEV BABƏK ALYOŞA |
7. | BƏXTİYAROV HEYDƏR İSA |
8. | ƏFƏNDİYEV EMİN TOFİQ |
9. | ƏHMƏDLİ MANYA ELXAN |
10. | ƏHMƏDOVA SƏBİNƏ SİYAVUŞ |
11. | ƏLƏKBƏROV XALİD TOFİQ |
12. | ƏLƏKBƏROVA AYSEL NOVQUBAT |
13. | ƏLİYEV FAİQ FAMİL |
14. | HACIBƏYLİ TURAL BƏHRUZ |
15. | HACIYEV ELDƏNİZ TOFİK |
16. | HACIYEV ƏLİ VAHİD |
17. | HEYDƏROV AZƏR ƏZİZAĞA |
18. | HÜSEYNOVA AYTƏN AVTANDİL |
19. | İMANOV XƏQANİ QURBAN |
20. | İSMAYILOV İLQAR VƏLİ |
21. | İSMAYILOV RAFİQ TOFİQ |
22. | İSMAYILOVA GÜLNAR SƏMƏD |
23. | KƏRİMOV EMİN MAHİR |
24. | MƏMMƏDOV ORXAN ELXAN |
25. | MƏMMƏDOV RAFAEL ADİL |
26. | MƏMMƏDOVA KÖNÜL ELDAR |
27. | MƏMMƏDOVA NƏZRİN VAHİD |
28. | MURADOV SƏNAN MƏZAHİR |
29. | NİYAZLI ZƏRNİGAR MAQSUD |
30. | NOVRUZOV MAARİF VİDADİ |
31. | PAŞAYEVA NƏRGİZ ƏLƏŞRƏF |
32. | QARDAŞOVA ƏZİZƏ FEHRUZ |
33. | QASIMOV İLKİN RAFİQ |
34. | QƏNBƏROV TAĞI ƏDALƏT |
35. | QULİYEV ELVİN AKİF |
36. | QULİYEV SEYMUR NAZİR |
37. | QURBANOV NƏCƏF İSBƏNDİYAR |
38. | RƏHİMOV TOĞRUL RAFİQ |
39. | RİZVANOV VAHİD SÜLEYMAN |
40. | ŞABANOV SAMİD MƏTLƏB |
41. | ŞƏMMƏDOV AZƏR ƏKBƏR |
42. | ŞEYDABƏYOV OQTAY PİRMURAD |
43. | SEYİDOV ELÇİN ADİL |
44. | TEYMUROVA SEVİNC ELXAN |
45. | UMUDLU HİKMƏT NAZİM |
46. | XANLAROVA AYNURƏ NƏBİ |
47. | XƏLİLOV İLKİN ƏLƏKBƏR |
48. | YUSİFOVA GÜNEL İLHAM |
Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.
Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib
Azərbaycan Notariat Palatasının növbədənkənar Ümumi yığıncağı keçirilmişdir.