Media
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Ənənəvi olaraq hər il təşkil olunan beynəlxalq konfransda Rusiya Federasiyasının Federal Notariat Palatası, Rusiya Federasiyasının subyektlərinin notariat palataları, Belarus Notariat Palatası, Azərbaycan Notariat Palatası, Qazaxıstan Respublika Notariat Palatası, Özbəkistan Notariat Palatası, Qırğız Respublikası Notariat Palatası, Avstriya Notariat Palatası, İspaniya Krallığının Barselona Vəkillər Palatası və digər qurumlar təmsil olunublar.
Tədbirdə Azərbaycan Notariat Palatası adından Azərbaycan Notariat Palatasının İdarə Heyətinin üzvü, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Aytəkin Qasımova, Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu Nadir Zeynalov və Sumqayıt şəhəri 1 saylı notariat ofisinin notariusu Rəşad Haqverdiyev iştirak etmişlər.
Konfransda notariat fəaliyyətində nikah-ailə münasibətlərinin tənzimlənməsinin aktual məsələləri barədə çıxışlar edilmiş, diskussiyalar aparılmışdır.
Rusiya Federasiyası Federal Notariat Palatasının hüquq şöbəsinin metodiki işlər üzrə qrup rəhbəri, hüquq elmləri namizədi Olqa Ternovaya “Notariat təcrübəsində transsərhəd nikah və ailə münasibətlərinin hüquqi tənzimlənməsinin aktual problemləri” mövzusunda ər-arvadın mülkiyyət institutunun hüquqi tənzimlənməsi və tətbiqi məsələlərinin bu gün olduqca aktual olmasını bildirərək, xarici elementli nikah münasibətlərində ər-arvad arasında mülkiyyət mübahisələrinin tənzimlənməsi üçün vahid beynəlxalq mexanizmin olmamasının bir sıra problemlərə səbəb olmasını qeyd etmişdir.
Belarus Notariat Palatasının Metodiki Komissiyasının sədri, Minsk şəhər notariat dairəsinin notariusu Elena Metelskaya "Belarus Respublikasının Nikah və Ailə Məcəlləsinin müqavilə strukturları" mövzusunda çıxış edərək bildirmişdir ki, Belarus Respublikasının "Nikah və Ailə" Məcəlləsinə uyğun olaraq, nikaha daxil olmaq ər-arvad arasında ümumi əmlak münasibətlərinin yaranmasına səbəb olur, nəticə etibarilə isə, ər-arvadın əmlakının qanuni rejimi yalnız ər-arvad arasında notarial qaydada bağlanılmış nikah müqaviləsi əsasında müəyyən edilə bilər.
Qazaxıstan Respublika Notariat Palatasının İntizam Komissiyasının sədri Oleq Polumordvinov “Qazaxıstan Respublikasının ailə hüququ normalarının notariat fəaliyyətində tətbiqi” mövzusunda danışaraq qeyd etmişdir ki, “Nikah və ailə haqqında” qanunvericilik bütün dövrlər ərzində notariat fəaliyyəti ilə sıx bağlı olub və bu səbəbdən də notariusların bu istiqamətdə dərin biliklərə malik olması zəruridir. Qazaxıstan Respublikasının “Nikah və ailə haqqında” məcəlləsinə uyğun olaraq, nikah müqaviləsi, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında müqavilə, surroqat ananın həyat yoldaşının surroqat analıq müqaviləsinin bağlanmasına razılığı, uşağın soyadının, adının, ata adının dəyişdirilməsi haqqında ərizə və uşağın övladlığa götürülməsi barədə valideynlərin razılığı və sair əqdlər notarial qaydada təsdiq edilməlidir.
Özbəkistan Respublikası Notariat Palatasının nümayəndə heyətinin üzvü, Daşkənd şəhər notariusu Gülçöhrə Kuldaşeva “Ailə hüququnda milli adət və ənənələrin əhəmiyyəti” mövzusunda çıxış edərək vurğulamışdır ki, Özbəkistan Respublikasının ailə hüququnun əsasları Özbəkistan Respublikasının Ailə Məcəlləsində təsbit edilmişdir. Məcəllənin əsas xüsusiyyəti ailə münasibətlərində yerli adət və ənənələrdən istifadəyə icazə verilməsidir. Perspektivdə həyata keçirilməsi nəzərdə tutulan notariat hərəkətləri, nikahın notarial qaydada bağlanması və nikaha xitam verilməsinin qeydiyyatıdır. Vurğulanmışdır ki, nikahın notariat qaydasında pozulması bəzi Avropa dövlətlərinin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Qırğız Respublikası Notariat Palatasının sədri Sımbat Rıskulova “Nikah-ailə münasibətləri kontekstində notariat hərəkətlərinin aparılması zamanı publik elektron xidmətlərdən istifadə” mövzusunda təqdimatla çıxış edərək məlumat vermişdir ki, Qırğız Respublikasında nikaha daxil olmanın müxtəlif formaları mövcuddur. Notariuslar ailə-nikah münasibətlərinin tənzimlənməsi istiqamətində nikah müqaviləsi, uşağın yaşayış yerinin müəyyən edilməsi, alimentin müəyyən edilməsi və ər-arvadın ümumi əmlakındakı payların bölünməsi haqqında müqavilələri təsdiqləyirlər. Bundan başqa, notariat hərəkətlərinin aparılması zamanı sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir şifrələmə “Touch İD” və üz tanıma “Face İD” texnologiyalarından istifadə edilir.
Konfrans çərçivəsində, Azərbaycan Notariat Palatasının nümayəndə heyəti diskussiyalarda iştirak etmiş, bir sıra ikitərəfli görüşlər keçirmiş, təcrübə mübadiləsi aparmışdır.
Konfransın sonunda iştirakçılar konfransın beynəlxalq notariat təcrübəsinin ümumiləşdirilməsinə, notariat fəaliyyətinin təkmilləşdirilməsinə və bu sahədə qabaqcıl təcrübələrin istifadəsinin tətbiqi vəziyyətini və perspektivlərini təhlil etməyə imkan yaratdığını və faydalı təcrübə mübadiləsi olduğunu bildirmişlər.
Digər Xəbərlər
A Memorandum of Cooperation has been signed between the Notary Chamber of Azerbaijan and the Notary Chamber of Belarus
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə
Azərbaycan Notariat Palatası ilə ADA Universiteti arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.