Media
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib
Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Astanada keçirilən beynəlxalq konfransda iştirak edib
19-20 iyun tarixlərində Qazaxıstan Notariat Palatasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərində “Müasir cəmiyyətdə notariat: konstitusiya təminatları və zamanın çağırışları” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransda Qazaxıstan Respublikası Notariat Palatasının dəvəti ilə iştirak edən Azərbaycan Notariat Palatasının nümayəndə heyəti, Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Bəylər Məmişov və Bakı şəhəri 30 saylı notariat ofisinin notarisu Əli Əliyevdən ibarət tərkibdə təmsil olunub.
Beynəlxalq konfransda Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının, Parlamentin, universitetlərin, bir sıra ölkələrin – Azərbaycan, Belarus Respublikası, Macarıstan, Rusiya Federasiyası, Türkiyə, Qırğızıstan, Özbəkistan, Meksika notariat palatalarının, həmçinin İspaniya vəkilliyinin rəhbər və səlahiyyətli şəxsləri iştirak edib, konstitusion hüquqların qorunmasında və həyata keçirilməsində notariat institutunun verdiyi töhfələrin əhəmiyyəti barədə çıxışlar edilib.
Tədbirdə Azərbaycan Notariat Palatasının sədri Hüseyn Məmmədov “Konstitusion hüquqlar, notariat və dövrün çağırışları” mövzusunda çıxış edərək, Azərbaycan Respublikasında konstitusion hüquqların müdafiəsində notariatın rolu və notariat fəaliyyətinin zamanın çağırışlarına uyğun olaraq davam etdirilməsi üçün zəruri istiqamətlərə diqqət çəkib. H.Məmmədov çıxışında ölkəmizdə notariat sahəsində həyata keçirilən yeniliklər, notariat fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi, rəqəmsallaşmanın notariatın inkişafında yardımçı vasitə olaraq aktuallığının artması kimi məsələlərin əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində nümayəndə heyəti Astana şəhərində fəaliyyət göstərən notariat ofisində də olub, Qazaxıstan Respublikasında notariat fəaliyyətinin yenilikləri ilə tanış olaraq təcrübə mübadiləsi aparıblar.




Digər Xəbərlər
Azərbaycan Notariat Palatasının təşkilatçılığı ilə notariuslar üçün növbəti regional seminar keçirilib
17 iyun 2025-ci il tarixində Azərbaycan Notariat Palatasının növbəti Ümumi yığıncağı keçirilmişdir
“İnsan Hüquqları Aylığı” çərçivəsində ödənişsiz hüquqi yardım aksiyası keçirilmişdir