Media

Vətəndaşlar telefon yazışmalarını artıq notarial qaydada təsdiq etdirirlər

Yeni hüquqi təcrübə: Vətəndaşlar  sosial şəbəkədə və ya mesencerdə olan yazışmalarının hüquqi təminatını həyata keçirmək üçün notariuslara müraciət etməyə başlamışlar. Cavabdehlərin öz ifadələrinə görə məsuliyyət daşıması üçün məhkəməyə təsdiqlənmiş sənəd təqdim edilməsi zəruridir.

 

Federal Notariat Palatasının (Rusiya) verdiyi məlumata görə, bu ilin yeddi ayı ərzində  elektron faktların notarial qaydada təsdiqi üçün 13,5 mindən çox insan notariuslara müraciət etmişdir.

 

Məsələn, işgüzar yazışmaların notarius tərəfindən əldə olunmuş ekran görüntüləri işəgötürən və keçmiş işçi arasındakı mübahisənin həllinə kömək etmişdir. Belə ki, restoranların birində çalışan fotoqraf  işdən çıxarılır. Görünür, onunla rəhbərlik arasında soyuq münasibətlər olub, buna görə də, o, müəssisə sahiblərinə qarşı məhkəmədə iddia qaldırıb. Fotoqrafın sözlərinə görə, müəssisə sahibləri menyu, veb sayt və sair xidmətlərin dizaynı üçün onun çəkdiyi şəkillərdən qanunsuz istifadə etmişlər. Öz növbəsində, işəgötürənlər notarial qaydada təsdiq edilmiş yazışmaların ekran görüntülərini məhkəməyə təqdim etmişlər. Notarius tərəfindən təmin edilən onlayn yazışmalar, şəkillərin işçinin fəaliyyətinin nəticəsi olduğunu və restoranın onlardan istifadə etmək hüququna sahib olduğunu sübut etmişdir. 

 

Belə xidmət sübutların təmin edilməsi adlanır.

 

Federal Notariat Palatası qeyd edir ki, "İnternet şəbəkəsində sübutların təmin edilməsi, yaxın zamanlarda ortaya çıxan və qısa müddətdə vətəndaşların və hüquqi şəxslərin hüquqlarının qorunması üçün müasir və təsirli bir vasitə kimi tanınan notariat hərəkətinin parlaq bir nümunəsidir. Keçən ilin yekunlarına görə,  bu notariat hərəkətinə müraciət 12 faiz artmışdır. Son yeddi ay ərzində müraciət edənlərin sayının 13,5 mindən çox olması, bu tendensiyanın qorunmasını göstərir: bu notariat hərəkətinə olan ehtiyac 2020-ci ildə edilən düzəlişlər də nəzərə alınmaqla dayanmadan artmaqdadır."

 

Ümumilikdə, bu notariat hərəkəti ilə bağlı il ərzində ən azı 20-25 min müraciət qeydə alınır. "2020-ci ilin birinci yarısının nəticələrinə görə, bu əməliyyatı ən fəal şəkildə mənimsəyən Moskva və Sankt-Peterburq sakinləridir, müraciətlərin sayına görə Krasnodar Bölgəsi üçüncü yerdədir. Bu gün notariuslara olan müraciətlər arasında ən populyarı saytda olan məlumatların deyil, sosial şəbəkələrdə, e-mail və ya messencerdə olan yazışmaların təmin edilməsidir ".

 

Digər notariat hərəkətləri kimi, veb səhifələrin müayinə protokoluna da yüksək sübutetmə qüvvəsi verilmişdir, bu da məhkəmənin əlavə təsdiq tələb etməməsi deməkdir. Bundan başqa, notariat protokolunda heç bir iddia müddəti yoxdur. Bu o deməkdir ki, məhkəmə iddiası qaldırılarkən saytın və ya yazışmanın messencerdə necə görünəcəyi artıq vacib deyil. İlkin olaraq notariusun köməyi ilə İnternetdə qeydə alınan nəşrlərin silinməsi və ya redaktə edilməsi artıq cinayətkarı məsuliyyətdən xilas  etməyəcəkdir.

 

Böyük şirkətlərin nümayəndələri, kiçik müəssisələr, müəllif hüquqlarının qorunmasına ehtiyacı olan yaradıcı insanlar və İnternetdə təhqir qurbanına çevrilənlər sübutların təmin olunması üçün notariusa müraciət edirlər. Bu yaxınlarda maraqlı bir fakt baş vermişdir, belə ki, vergi müfəttişliyinin nümayəndələri şirkətlərdən birinin onlayn mağazasının çeşidləri arasında müəyyən bir marka malın olduğunun hüquqi olaraq təsdiqlənməsi üçün notariusa müraciət etmişlər.

 

Federal Notariat Palatasının prezidenti Konstantin Korsik qeyd etmişdir ki, "Bu gün mülki dövriyyə rəqəmsallaşdığı üçün, vətəndaşların hüquqlarının və mülkiyyətinin qorunmasına zəmanət vermək lazımdır və bu notariat fəaliyyətinin vəzifəsidir.  Notariat fəal şəkildə rəqəmsal innovasiyaları öz fəaliyyətində inkişaf etdirir, bu isə insanlar üçün yeni, elektron formatda təhlükəsiz xidmətlərin yaranmasına şərait yaradır."

 

Digər Xəbərlər

Berlində Beynəlxalq Notariat İttifaqının 31-ci konqresi keçirilib

06.10.2025

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur.

Azərbaycan Notariat Palatasının nümayəndə heyəti Qırğız Respublikasında keçirilən beynəlxalq konfransda iştirak edib 8-9 sentyabr 2025-ci il tarixlərində Qırğız Respublikasının İssık-Kul vilayətində “Notariat – dövlətin və cəmiyyətin xidmətində” mövzusunda beynəlxalq konfrans keçirilib. Qırğız Respublikası Notariat Palatasının təşkilatçılığı və dəvəti ilə Qırğız notariatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Notariat Palatasının nümayəndə heyəti iştirak edib. Beynəlxalq notariat konfransında Azərbaycan nümayəndə heyəti Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov, Bakı şəhəri 29 saylı notariat ofisinin notariusu İslam Mirzəzadə və 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Elvin Hüseynovdan ibarət tərkibdə təmsil olunub. Beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası, Rusiya, Belarus, Litva və Xorvatiya notariat palatalarının, həmçinin Qırğız Respublikasının dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konfransda iştirakçı ölkələrin notariat sistemlərinin inkişaf tarixi, aparılan islahatlar və yeniliklər, rəqəmsallaşmanın notariat fəaliyyətində tətbiqi və notariatın inkişaf perspektivləri müzakirə olunub, təqdimatlar edilib. Konfransda çıxış edən nümayəndələr notariat institutunun hüquqi dövlətin formalaşmasında və vətəndaş cəmiyyətinə xidmətində oynadığı rolu vurğulayıb və bu sahədəki təcrübələrini bölüşüblər. Azərbaycan Notariat Palatasının sədri H.Məmmədov “Azərbaycan Respublikasında mülki münasibətlərin və mülki dövriyyənin notarial tənzimlənməsi” mövzusunda çıxış edərək, Azərbaycanda mülki münasibətlərin notarial tənzimlənməsinin inkişaf tarixi, notariat fəaliyyətinin yeni inkişaf mərhələsinə keçməsi prosesi, Azərbaycan Respublikasında müasir dövrdə notariat fəaliyyətinin əhatə dairəsi və perspektiv imkanlar barədə məruzə etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti Qırğız Respublikasının və digər iştirakçı ölkələrin təmsilçiləri ilə notariatın aktual məslələri üzrə fikir mübadiləsi aparmış, həmçinin Bişkek şəhərində fəaliyyət göstərən notariat ofisinin fəaliyyəti ilə tanış olmuşdur

15.09.2025

Qırğız Respublikası Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə Azərbaycan Notariat Palatasında işgüzar görüş keçirilib

10.09.2025