Медиа
Vətəndaşlar telefon yazışmalarını artıq notarial qaydada təsdiq etdirirlər
Yeni hüquqi təcrübə: Vətəndaşlar sosial şəbəkədə və ya mesencerdə olan yazışmalarının hüquqi təminatını həyata keçirmək üçün notariuslara müraciət etməyə başlamışlar. Cavabdehlərin öz ifadələrinə görə məsuliyyət daşıması üçün məhkəməyə təsdiqlənmiş sənəd təqdim edilməsi zəruridir.
Federal Notariat Palatasının (Rusiya) verdiyi məlumata görə, bu ilin yeddi ayı ərzində elektron faktların notarial qaydada təsdiqi üçün 13,5 mindən çox insan notariuslara müraciət etmişdir.
Məsələn, işgüzar yazışmaların notarius tərəfindən əldə olunmuş ekran görüntüləri işəgötürən və keçmiş işçi arasındakı mübahisənin həllinə kömək etmişdir. Belə ki, restoranların birində çalışan fotoqraf işdən çıxarılır. Görünür, onunla rəhbərlik arasında soyuq münasibətlər olub, buna görə də, o, müəssisə sahiblərinə qarşı məhkəmədə iddia qaldırıb. Fotoqrafın sözlərinə görə, müəssisə sahibləri menyu, veb sayt və sair xidmətlərin dizaynı üçün onun çəkdiyi şəkillərdən qanunsuz istifadə etmişlər. Öz növbəsində, işəgötürənlər notarial qaydada təsdiq edilmiş yazışmaların ekran görüntülərini məhkəməyə təqdim etmişlər. Notarius tərəfindən təmin edilən onlayn yazışmalar, şəkillərin işçinin fəaliyyətinin nəticəsi olduğunu və restoranın onlardan istifadə etmək hüququna sahib olduğunu sübut etmişdir.
Belə xidmət sübutların təmin edilməsi adlanır.
Federal Notariat Palatası qeyd edir ki, "İnternet şəbəkəsində sübutların təmin edilməsi, yaxın zamanlarda ortaya çıxan və qısa müddətdə vətəndaşların və hüquqi şəxslərin hüquqlarının qorunması üçün müasir və təsirli bir vasitə kimi tanınan notariat hərəkətinin parlaq bir nümunəsidir. Keçən ilin yekunlarına görə, bu notariat hərəkətinə müraciət 12 faiz artmışdır. Son yeddi ay ərzində müraciət edənlərin sayının 13,5 mindən çox olması, bu tendensiyanın qorunmasını göstərir: bu notariat hərəkətinə olan ehtiyac 2020-ci ildə edilən düzəlişlər də nəzərə alınmaqla dayanmadan artmaqdadır."
Ümumilikdə, bu notariat hərəkəti ilə bağlı il ərzində ən azı 20-25 min müraciət qeydə alınır. "2020-ci ilin birinci yarısının nəticələrinə görə, bu əməliyyatı ən fəal şəkildə mənimsəyən Moskva və Sankt-Peterburq sakinləridir, müraciətlərin sayına görə Krasnodar Bölgəsi üçüncü yerdədir. Bu gün notariuslara olan müraciətlər arasında ən populyarı saytda olan məlumatların deyil, sosial şəbəkələrdə, e-mail və ya messencerdə olan yazışmaların təmin edilməsidir ".
Digər notariat hərəkətləri kimi, veb səhifələrin müayinə protokoluna da yüksək sübutetmə qüvvəsi verilmişdir, bu da məhkəmənin əlavə təsdiq tələb etməməsi deməkdir. Bundan başqa, notariat protokolunda heç bir iddia müddəti yoxdur. Bu o deməkdir ki, məhkəmə iddiası qaldırılarkən saytın və ya yazışmanın messencerdə necə görünəcəyi artıq vacib deyil. İlkin olaraq notariusun köməyi ilə İnternetdə qeydə alınan nəşrlərin silinməsi və ya redaktə edilməsi artıq cinayətkarı məsuliyyətdən xilas etməyəcəkdir.
Böyük şirkətlərin nümayəndələri, kiçik müəssisələr, müəllif hüquqlarının qorunmasına ehtiyacı olan yaradıcı insanlar və İnternetdə təhqir qurbanına çevrilənlər sübutların təmin olunması üçün notariusa müraciət edirlər. Bu yaxınlarda maraqlı bir fakt baş vermişdir, belə ki, vergi müfəttişliyinin nümayəndələri şirkətlərdən birinin onlayn mağazasının çeşidləri arasında müəyyən bir marka malın olduğunun hüquqi olaraq təsdiqlənməsi üçün notariusa müraciət etmişlər.
Federal Notariat Palatasının prezidenti Konstantin Korsik qeyd etmişdir ki, "Bu gün mülki dövriyyə rəqəmsallaşdığı üçün, vətəndaşların hüquqlarının və mülkiyyətinin qorunmasına zəmanət vermək lazımdır və bu notariat fəaliyyətinin vəzifəsidir. Notariat fəal şəkildə rəqəmsal innovasiyaları öz fəaliyyətində inkişaf etdirir, bu isə insanlar üçün yeni, elektron formatda təhlükəsiz xidmətlərin yaranmasına şərait yaradır."
Digər Xəbərlər
6-7 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Notariat və müasirlik: nikah-ailə münasibətlərinin tənzimlənməsində notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Меморандум о сотрудничестве подписан между Нотариальной палатой Азербайджана и Нотариальной палатой Беларуси
Azərbaycan Notariat Palatasının üzvlərinin diqqətinə